Bircə Kəlmə / Nuranə Nur
Kimindi bu darıxmaq ?
Mənimdisə niyə narahatam ?
Sənindisə məndə nə işi var ?
Gəl, al, apar.
Susuram eşitmirsən?
Heç kimə demərəm kimin olduğunu, gəl.
İndi sənin başının üstündə bambaşqa göy üzü var.
Burda xatirələr yaşanananların əyninə böyük ,
Küçələr şəhərin əyninə dar.
Burda küçə fənərləri başıaşağı,
Göyün üzünə baxa bilmirlər.
Gecələrə şeir demişəm,
Xatirə danışmışam ,
Nağıl uydurmuşam.
Eşq dedikləri boşluğa
Bu ömürü sığdırmışam.
Narahat olma, tək deyiləm ki?
Dustaqlar, əsgərlər,
Təqaüdçülər, maaş alanlar da günləri sayır.
Darıxsan şeirimə sarıl,
Bir misrama ötür əl.
Heç nə yazma, bircə kəlmə
Gözlərini götür gəl.
Bu Yazarın Diğer Yazıları (Toplam: 8 adet)
Nəriman Həsənzadə’den Bir Şiir / Nurana Nur
27 Mayıs 2024
Bir tablet xatirə / Nuranə Nur
5 Haziran 2020
Ağla Gözlərinin Yaşına Dönüm / Nuranə Nur
14 Mayıs 2020
Üç Şiir / Nuranə Nur
23 Şubat 2020
Üç Şiir / Nuranə Nur
6 Ağustos 2018
Getsəm / Nuranə Nur
27 Şubat 2018
Əslində / Nuranə Nur
7 Mayıs 2017

