Vatan Sağolsun / Fargana Yusufkızı

İndi neynirsən görən,
Yenə səndən yox xəbər.
Qəlbim hey səksəkədə
Aman, dəyməsin xətər.
Bax, yenə də sevdiyin
Yeməyi bişirmişəm
Onu da sənə görə
Bəlkə də sevirmişəm.
Soyuq keçir havalar?
Danış, gəlsin sorağın.
Görəsən üşümür ki,
Çəkmələrdə ayağın?
Dostun gəlmişdi axşam,
Xeyli səndən danışdıq.
Uşaqlıq illərindən…
Xatirəyə qarışdıq…
Gecə yuxu görmüşəm
Əlindəydi yarağın (yaran)
Şuşada yellənirdi
Azərbaycan bayrağı.
Canım oğlum, möhkəm dur,
Evin dərə, dağ olsun.
Mən birtəhər dözərəm,
Təki Vətən sağ olsun!
Bu Yazarın Diğer Yazıları (Toplam: 16 adet)
Darıxmaq / Fərqanə Yusifqızı
10 Temmuz 2023
Həsrət Qoxusu / Fergana Yusufqızı
25 Eylül 2022
Yağış Yağar / Fergana Yusufqızı
9 Mayıs 2020
Bu Gecə / Fərqanə Yusifqızı
17 Nisan 2020
Uzaqların Adamı / Fərqanə Yusifqızı
3 Şubat 2020
Könlüm / Fergana Yusufqızı
10 Aralık 2019
Bu Payız da Tənhayam / Fergana Yusufqızı
15 Ekim 2019
Yuxuma Gəl / Fergana Yusufqızı
23 Eylül 2019
Şeir Qadın / Fergana Yusufqızı
13 Eylül 2019
Sənsizləmışəm / Fergana Yusufqızı
2 Eylül 2019
Səninlə Görüşən Gün / Fergana Yusufqızı
24 Mart 2019
Gedirəm / Fergana Yusufqızı
19 Şubat 2019
Yanına Gələcəm / Fergana Yusufqızı
8 Şubat 2019
Məktub / Fergana Yusufqızı
27 Ocak 2019
Səninlə Görüşən Gün / Fergana Yusufqızı
16 Ocak 2019
Bu şəhər / Fergana Yusufqızı
25 Aralık 2018

