DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Terane Eliyeva

BU GÜN SƏNİN AD GÜNÜN

Yenə hamı yığılıb, evdə “bayram” havası,
Söhbət edib , “gülürlər” …gözlər intizardadı..
Bu gün anadan olan…bu günün səbəbkarı
Gəlməyibdi hardadı?

Yəqin işdə yubanıb, yolda tıxaca düşüb…
qəfil bir işi çıxıb… ya da marketə girib..
nəsə almaq istəyib…
o vaxtında gələcək… indiyədək heç kimin
gözün yolda qoymayıb…

Adına tort salıblar, gözəl süfrə açıblar …
sönmüş şamlar həsrətlə yanmağını gözləyir.
Uşaqlar min həvəslə yığışıblar süfrədə,
Sənlə birğə o şamı püfləyib, söndürməyə…
Bəlkə ötən günləri geriyə döndərməyə…

Ehh, bilirəm, gəlirsən… maşın küçədə durub…
siqnal verməmisən ki,
Sürprizin pozular…
Uşaqlar-“atam gəldi”- deyıb, səs küy salarlar,
Alıb gətirdiyini əllərindən alarlar…
-“harda qaldın , ay ata?”-deyib,
boynuna sarılarlar…

Səssiz addım… pilləkən…
sonra rəngli daşların üstü ilə gələrsən…
qapının arxasında nəfəsini dərərsən,
təbrikə gələnlərin
ayaqqabılarını gizlicə seyr edərsən…
“Hə, hamı bizdədi”- ürəkdən sevınərsən…
Qapını cibindəki açarınla açarsan…
Əvvəl mətbəxə girib, qazanı yoxlayarsan-
“Görən nə bişiriblər? …baxıb gülümsəyərsən..
-Hər şey qaydasındadı, demək birçə mən yoxam…”
Üzündə şirin gülüş…qəfil qapını açıb,
-Mən gəldim! -deməyinlə
Səssizliyi pozarsan, hamını güldürərsən…

ANAMDI ANAM

Həzin-həzin dərdlərini oxuyan,
ömrü ilə bala ömrü toxuyan,
ətri ilə ancaq ana qoxuyan,
Anamdı, anam…

Gülüşüylə gözlərimi güldürən,
hirsləndimi, baxışıyla bildirən,
hər bir kəsi öz diliylə dindirən
Anamdı, anam…

Gecələri gözlərinə ağ basan,
Bir ahıyla ürəyimə dağ basan,
Məzar daşın sinəsinə sağ basan
Anamdı, anam…

Yarı canın sevdiyinə pay verən,
gündüz günəş, gecələri ay verən,
hər səsimə təmənnasız hay verən
Anamdı, anam…

Sevdiyimiz yemək bişər qazanda,
səssiz olar, mən səssiscə yazanda,
hər anımı baxışına yazan da
Anamdı, anam…

Dua üçün göyə qalxan əllərin
qabarında, qırışında gizlənən,
ayağında söz ucalıb, söz enən
Anamdı, anam…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 10 eseri bulunmaktadır.