Dünya Soyuqdur / Ulker Nicatlı

Yenə axşam düşür xatirələrə,
Qara saçlarınının qaranlığından.
Könlümü götürüb, çıxıb getmisən
Zalım, necə görüm səni yaxından.
Yenə sənsizliyə söykənib, ürək,
Yollardan soruşur sənin adını.
Daha misraların içində axtar,
O zərif, o kövrək tənha qadını.
Sinəmdə bir körpə ümid üşüyür,
Onu isidirəm göz yaşlarımla.
Bəxtimin əlindən tutub gedirəm,
Alnımdan yol açmış qırışlarımla.
Sən mənim könlümdən qırılıb düşən,
Sonuncu nəğməsən, sonuncu sözsən.
Öp sevgi qoxulu xatirələri,
Bir azca gözlə sən, bir azca döz sən.
Bu qərib ürəyin yetim ürəyin,
Səni sevməməyə taqəti yoxdur.
Gəl qısıl sinəmə, qısıl, əzizim,
Sevgisiz bu dünya yaman soyuqdur.
Bu Yazarın Diğer Yazıları (Toplam: 11 adet)
Kədər Ocağı / Ülkər Nicatlı
7 Haziran 2025
Şəhidlər Xiyabanı / Ulker Nicatlı
9 Mayıs 2024
Şəhid Xanımların Ağrısı / Ulkər Nicatlı
24 Temmuz 2022
Sevginin Payızı / Ulkər Nicatlı
16 Haziran 2022
Ümidin Gözləri / Ülkər Nicatlı
19 Şubat 2022
Yuxusu Üşüyən Körpə / Ulkər Nicatlı
13 Ocak 2022
Buz Nəfəsli Ayrılıq / Ülker Nicatli
21 Aralık 2021
Hər Gecə Gələrəm Yuxularına / Ulkər Nicatlı
1 Aralık 2021
Yenə Sənə Sarı / Ulkər Nicatlı
1 Eylül 2021
Zəfər Qoxulu Kəlbəcər / Ulkər Nicatlı
27 Temmuz 2021