Mən Uzaqdan Sevməyə Alışmamışam / Ayxan Hüseynli
Yenə həsrətini sıxıb, sinəmə
Yenə yağış yağır, qəmli gözümə.
Yorğun şəkilləri tutub, üzümə
İçimdən keçəni danışmamışam
Mən uzaqdan sevməyə alışmamışam.
Əlimi uzatsam, tutmaq istəsəm
Səni özümdə tapmaq istəsəm
Əsl xoşbəxtliyə çatmaq istəsəm.
Heç vaxt xəyallarla yarışmamışam,
Mən uzaqdan sevməyə alışmamışam.
Sevgi kor baxışda, lal dodaqdadır.
Sevgi heç olmayan əl ayaqdadır.
Sevgi sınıq qəlbdə, biraz soldadır.
Əksin deyənlərlə barışmamışam.
Mən uzaqdan sevməyə alışmamışam.
Sözlər gül çələngi, eşq ifadəsi
Arzular bağçası, şirin nəğməsi
Bəxş edir, ətrafa gülüş çöhrəsi
Axı bər-bəzəyə qarışmamışam
Mən uzaqdan sevməyə alışmamışam.
Yarın səfası, cəfası gözəl
Susqun baxışında ədası gözəl.
İsti nəfəsində dünya dövr edər.
Bundan artığına çalışmamışam,
Mən uzaqdan sevməyə alışmamışam.
Naxçıvan Müəllimlər İnstitutu
Tələbə Gənclər Təşkilatının sədri
doktorant