DergiZan

Yazı ve Sanat Ülkesi

Darıxmaq / Fərqanə Yusifqızı

Darıxmaq nədir,
deyim?
Hisslərin ən zalımı.
Bir anda havalanıb,
Küçələrə düşməkdi.

Gözünü uzun müddət,
Məchulluğa zilləmək.
Sonra,
dərbədər gəzib,
Zülüm-zülüm inləmək.

Darıxmaq,
inan bəzən,
Əllərini unutmaq.
Yaddaşın qan gölündə,
Boğulmaqdı məsələn.
Günəş işıq saçsa da
Başına yağar dolu,
Gedərsən evə sarı,
Azarsan amma yolu.

Darıxmaq nədir,
deyim?
Darıxmaq eyni ada
Təkrar-təkrar dönməkdi.
Hər gün nəfəs alsan da,
Təkrar-təkrar ölməkdi..

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 17 eseri bulunmaktadır.