İki Şiir / Lale İsmail

Ayrılır

Ne vermişdin, ne de alım?!
Ruhuma dustaq olanım,
Cismimi terk edib canım,
Qopub sol yandan ayrılır.

Bülbül nale çekib gedir,
Gözünden qan töküb gedir,
Felek qeddin büküb gedir
Gül xiyabandan ayrılır.

Sevgi hesret salır niye?
Yarı yolda qalır niye?
Mecnun Leyli deye-deye,
Çöl-biyabandan ayrılır.

Dünya sirle dolu saray,
Buludlardan qopur haray,
Göy semada dolanıb Ay,
Süb çağı dandan ayrılır.

Nakam qalsa ömür yarı,
Olmaz çare dünya varı,
Üzü yaradana sarı,
Lale cahandan ayrılır.

Qeflet Aparır

 

İşe bax, çerxifelek fırlanır, üstde qəm olur,
Dolanır hem gece gündüz, azarım tam cem olur,
Niye bes men qeribin bextine xoş an kem olur?!
Kesilib taqetim, elden düşürem, göz qapanır,
Tor asıb didelerimden, yene qeflet aparır.

Gedirem, “dön yene arxamca baxıb ağla” deyir,
Soxulub qelbime hesret, “qapımı bağla”, deyir,
“Silerem göz yaşını, dağ sinende dağla” deyir,
Yoxdur insafdan eser, ah, ne de üzden utanır,
Tor asıb didelerimden, yene qeflet aparır.

Eridir mum kimi, den-den tökülür her gilesi,
Nece çekmez olar insan, Xudadansa çilesi?
Zülmünü zövq ile aşkar eleyir, yox belesi,
Bezmeyi bir yana dursun, ne emelden usanır,
Tor asıb didelerimden, yene qeflet aparır.

Yetirir fesli baharda, çemeni al qan edir,
Geydirib al libası, bağrı köze meydan edir,
Qoparır ruhu bedenden, ayırıb candan edir,
Laleni sanma çiçek çöllere, ateşdi, yanır,
Tor asıb didelerimden, yene qeflet aparır.

18 07 2018

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir