DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Gülay Tahirli

1. Şiir


İnsanız

Mən yamyaşıl ağaclar əkmişdim,
Baltaladılar…
Ürəyimdə sevgidən evlər tikmişdim,
Taladılar…
Hara ki su tökmüşdüm,
Yenidən od qaladılar…
Elə dağınığam ki,
Saçımdan duyğularıma qədər,
Düşüncəmdən yuxularıma qədər…
Mən gedə bilərdim,
Getmirəm.
İlim-ilim, ölüm-ölüm
İtə bilərdim,
İtmirəm…
Çətini dayanmaqdır,
Yıxılmağa nə var?
Bir-bir toplayacağam parçalarımı,
Dağılmağa nə var?
Meşələrə ümid yoxdur.
Bundan sonra insansız,
Qupquru çöllərdən göyərəcək mənim ağaclarım.

2. Şiir

Bir Dünyalıq Adam

Gedəcəyini bilə-bilə sevdim səni,
Hər salamında əlvidanın qoxusu…
Hər saniyə bir az da gedirsən,
Gözümün önündəcə
ilim-ilim itirsən.
Sarılan əllərində
Ayrılığın buzu var,
Sarıdığın yaraların
Hələ tökülməmiş duzu var.
Dərib gətirdiyin güllərin də rəngi
Gündən-günə saralır,
Qərənfil ətri gəlir hər çiçəkdən,
Elə bil ölüm ayağında olan adamların
Ömrünə hər gün
bir gün daha dilənirsən fələkdən…
Mən “Getmə” deməyi bacarmıram, adam!
Mən ölməyi bacarıram.
Gedənlə bütünləşə bilmirəm,
Hər gün özümü
tikə-parça bölməyi bacarıram.
Bilirsən, tək adamlıq canınla
Bir dünyalıq adam olmusan mənə.
Bu yetim dünyada
Olanım da, qalanım da tək sən idin…
Qazancım da, itkim də,
Doğulanım da,
Ölənim də tək sən…
Mən ayrılıq yaşamamışam ki,
Amma ölüm nədir, yaxşı bilirəm.
Ölümləri yaxşı bilirəm, adam!


Bu yazıyı paylaş:

One thought on “İki Şiir / Gülay Tahirli

  1. Bəzən şeir elə gözəl axır, insan gözündən axan yaş ilə onun fərqini bilməyir.
    Eşq olsun Azərbaycanımızın Gülay’ına. 👏👏👏🌺🍃🌸

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.

Yazarın diğer yazıları