DergiZan

Yazı ve Sanat Ülkesi

Qələbə Eşqi ilə Böyüyən Kapitan / Seyyid Mirisgəndər Məlikoğlu

Sən daha günəşin özüsən Nihad,
Günəşlinin kəndinin çırağısan sən.
Bu xalq məqamına baş əyir qardaş,
Həzrəti Əlinin qonağısan sən.

Qalxdığın zirvəyə sözüm var Nihad,
Bildirərsən Rzaya ehtiramımı.
Tehranımın alnını öp qardaşım.
Fazilimə çatdırarsan salamımı.

Teymurla, Elşad da gəncdir, uşaqdır.
Sən böyük-kiçiyə qoyubsan hörmət,
Müşviqim var orda, sənə dayaqdır.
Teymurum, Elşadım sizə əmanət.

Anan seyid balasıdır Nihadım,
Hüseynin qanı-var qanında sənin.
Allah hüzurunda qiyamət günü,
Əbəlfəz dayansın yanında sənin.

Siz ey mərd xalqımın mərd oğulları,
Mənfur Emənini gətirdiz dizə.
Bütün şəhidlərə deyərsən Nihad,
Seyyid Mirisgəndər baş əyir sizə.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.