DergiZan

Yazı ve Sanat Ülkesi

Gətirdin / Aynur Agabalayeva

Sənsiz tufanlar daradı telimi,
Şaxta, boran sıgalladı əlimi
Bu dəlisov eşqin ilə ömrümü,
İlk bahardan sonbahara gətirdin.

Nə aglımda, nə fikrimdə vardın sən,
Nə də düşünürdüm sevəm səni mən.
Səninlə danışıb, dindiyim gündən,
Məni fərqli xəyalllara gətirdin.

Köksümdən cicək tək dərdin qəlbimi,
Yolub yollarına sərdin qəlbimi.
Sənə təmənnasız verdim qəlbimi,
Bir gör məni, hardan-hara gətirdin…

Gətirdin / Aynur Agabalayeva” için 1 yorum var:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir