Sirrini Qoruyuram / Xuraman Camalqızı
Elə şirin baxırsan, sevgili gözlərinlə,
Kövrəldirsən qəlbimin daş olan hissəsini.
Mənə ümid verirsən ey könlümün həmdəmi,
Qurudursan gözümün yaş olan hissəsini.
Baxışınla yol çəkdin, gözlərimə qarışdın,
Misralardan süzüldün, hisslərimə qarışdın,
Tənha addımlayırdım, izlərimə qarışdın,
Sən almısan könlümün boş olan hissəsini.
Pərdə – pərdə yüksəldin,yerını qoruyuram,
Sənə də açmadığım sirrimi qoruyuram,
Başımın tacı olan birini qoruyuram,
Gözlərimin üstünü, , qaş olan hissəsini.
Bu Yazarın Diğer Yazıları (Toplam: 5 adet)
İki Şiir / Xuraman Camalqızı
12 Ocak 2019
Seni düşünmesem Darıxaram / Xuraman Camalqızı
15 Nisan 2018
Üreğim / Xuraman Camalqızı
16 Mart 2018
Yağışla Bərabər / Xuraman Camalqız
3 Temmuz 2017
Yene Bu Axşam / Xuraman Camalqızı
24 Mart 2017