DergiZan

Yazı ve Sanat Ülkesi

Hər Gecə Gələrəm Yuxularına / Ulkər Nicatlı

Sənsiz çətin ömrüm sevgi qoxuya,
Könlüm əsir düşüb bu lal qorxuya.
Həsrətin bir misra verib yuxuya,
Hər gecə gələrəm yuxularına.

Qurudub gözümün yağışlarını,
Ovudub alnımın qırışlarını.
Söküb ayrılığın naxışlarını,
Hər gecə gələrəm yuxularına.

Bir ovuc ümidi səpib ağrıma,
Könlümə deyrəm: -daha ağrıma.
Sənli arzuları basıb bağrıma,
Hər gecə gələrəm yuxularına.

Ovcunda saxlayıb göy ahlarımı,
Bir gün qurudacaq gün ahlarımı.
Yollara döşəyib günahlarımı,
Hər gecə gələrəm yuxularına.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 10 eseri bulunmaktadır.