DergiZan

Yazı ve Sanat Ülkesi

Onda Nənəm Sağıydı / Xəyalə Sevil

Onda nənəm sağıydı.
Ev də belə deyildi,
İkicə otağıydı,
Yan-yörəsi bağıydı.
Bu qocalmış ağacın
Sərinliyi yayıydı,
Alma, armud, albalı..
Ən dəyərli payıydı.
Onda nənəm sağıydı.
Qonşunun kürəsində
Bişirdiyi çörəyin
Biri xırda kökəydi-
Yağı-balı yerində.
“Yenə arıqlamısan”
(Canım bircə tikəydi)
Onda nənəm sağıydı,
Dayanmırdı bir yerdə,
Nənəm çox qoçağıydı.
İndi çörək qoxusudu,
İndi meyvə tamıdı.
Xatirəmin keçmişində
Bir xoş nəvazişdi nənəm.
Gözlərimdə miras qoyub həsrətini
Bu dünyadan köçdü nənəm.
Nənəm onda sağıydı…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları