DergiZan

Yazı ve Sanat Ülkesi

Azərbaycan Dramaturgiyasinda “Atalar Və Oğullar” Problemi İlə Bağli Monoqrafiya Yayinlandi / DergiZan

Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunmuşdur. Azərnəşrin yayınladığı monoqrafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.

Monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu – XX  yüzin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir. Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim etmişdir.

Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır.

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir: “Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə  yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.

Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.

ÇEVİRİ:

AZERBAYCAN DRAMATURGİSİNDE “ATA VE OĞULLAR” PROBLEMİ İLE İLGİLİ MONOGRAFİ YAYIMLANDI

Bu günlerde Bakü Devlet Üniversitesi Azərbaycan edebiyyatı tarihi kürsüsünün çalışanı, felsefe doktoru Aygün Zəkin’in “Azərbaycan dramaturgiyasında ‘atalar ve oğullar’ problemi” adlı monografisi yayımlandı. Azərnəşr tarafından yayınlanan monografide XIX yüzyılın sonu – XX yüzyılın başlarında Azərbaycan dramaturgisinde ele alınan problem sistematik bir şekilde analiz edilmiştir.

Monografide Mirzə Fətəli Axundzadə’nin yanı sıra, XIX yüzyılın sonu – XX yüzyılın başlarında Azərbaycan dramaturgisinin gelişiminde önemli rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid ve diğer dramaturgların milli edebiyatın değerli örneklerini içeren oyunlar araştırma konusu haline getirilmiştir. Araştırmacı adı geçen dramaturgların farklı eserlerinde yaratılan karakterleri ve imgeleri dönemin, çevrenin sorunları bağlamında nesiller arası çatışmanın farklı perspektiflerinden sunmuştur.

Yazar, ele aldığı konunun Azerbaycan edebiyat tarihindeki rolünü ve önemini vurgulamanın yanı sıra, onun folklor kaynaklı örneklerine dikkat çekmiş, klasik yazılı metinlerde, divan edebiyatında bireysel ifadenin nasıl bulunduğunu değerlendirmeye çalışmıştır.

Filoloji bilimleri doktoru, profesör Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji çatışmaya dönüşen ebedi karşılaşma bilimsel-teorik analizinin ardından” adlı önsözde ele alınan konu hakkındaki görüşlerini aşağıdaki gibi özetlemektedir: “Bu problemi bugüne kadar dikkatten uzak kalması, daha doğrusu detaylı olarak araştırılmaması belirli nedenlerle ilişkilendirilmektedir. Her şeyden önce, Sovyet siyasi rejimi döneminde manevi-moral değerlere odaklanan belirli problemlerin objektif şekilde incelenmesi ve yorumlanması ideolojik kalıplar nedeniyle yasaklandığından, objektif şekilde yapılan araştırmalara izin verilmemiştir. Çoğu durumda, nesiller arası çatışmaların gereksiz olarak sınıf mücadelesine odaklanması, eski ile yeni arasındaki sosyal çatışmanın vurgulanması ve bu bağlamda geçmişle geleceğin karşı karşıya getirilmesi, yapılan araştırmalarda yanlış veya tek taraflı sonuçlara varılmasına neden olmuştur.”

Monografide “atalar ve oğullar” problemi milli bellek ve kimlik, halk ve iktidar çatışması gibi konularla ilişkilendirilerek değerlendirilmiştir.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 29 eseri bulunmaktadır.

Yazarın diğer yazıları