DergiZan

Yazı ve Sanat Ülkesi

Naxçıvanın Duzdağı / Samaya Rasulova

Elə hey eşidirdim haqqında… Vüqar, qürur, vəfa, məğrurluq, yenilməzlik simvolu… Saydıqca bitmir səni sən edən xüsusiyyətlər. Qar kimi bəyaz ruhunla səpələndin torpağıma…

Neçə-neçə insana ümid oldun. Bütün dünyanı qucaqladın sağlam qollarınla… Şəfa bəxş etdin dünyaya…Bihuşedici kəklikotunun rahiyəsinə qarışdı nəfəsin….

Yaraşıqsan yurduma…

Sirdaşsan, asimana yoldaşsan, küləyə sipər, çox qonaqpərvər…

Öncə qarı qonaq etdin sinəndə, sonra günəşi zirvəndə. Nə qarın xətrinə dəydin, nə də günəşin…

Görəsən darıxdınmı bir ömür boyu qəribtək düşünməkdən, öz dalğasını gözləyən sahiltək. Sənə muştuluq verdimi küləklər? Duydunmu Xanın zümzüməsini? Xarıbülbüllərdən sancımmı yaxana?

Gətirimmi İsa bulağının sərin suyundan?

Təbiətin şıltaqlığından doğulmusan, hər cizgidə guruldayan buludların izləri var. Qürurundan baş əyməzsən heç kimə, düşmənə sinə gələn igid bir əsgər tək.

Rəngin göz oxşayır nəfəsin şəfa. Əsrarəngiz evsən, divarların kristaldan. Sən fərqlisən, səndə yaşayanlar tapır şəfa.

Qonaqpərvər bir təbibsən, möcuzəsən… Naxçıvanımın ağciyəri…

9 №li tam orta məktəbin 10-cu sinif şagirdi

  • (AMEA Naxçıvan Bölməsi və Naxçıvan MR Təhsil Nazirliyinin “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı)
  • Layihənin rəhbəri: filologiya üzrə fəlsəfə doktoru Nərgiz İSMAYILOVA
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.