DergiZan

Yazı ve Sanat Ülkesi

Tovuz Şəhidləri / Gülnar Səma

2020-ci ilin iyul ayında Tovuz uğrunda şəhid olanlara ithaf edirəm

Tovuzum, sipər oldun
Sərhədinə vətənin.
Ey türkün düşmənləri,
Yetər artıq, utanın.

…Ermənilik qızışıb
Generalım hədəfdə.
Polad canından keçdi,
Vətən üçün hədəf də.

Polkovnikim yenə də
İlqarına düz çıxdı.
Vətən bağrına basdı,
Torpaq əlini sıxdı.

İki mayor bir anda
Fəda oldu vətənə.
Bu igidlərə qıyan,
Lənət olsun atana…

Bir mayorum Qazaxdan
Yuxarı Salahlıdan.
Namiq: qansa, qan – dedi,
Qorxmadı silahlıdan.

Bir mayor yoldaşı da
Ölümə salam verdi.
Anar onunla birgə
Belə sındırdı dərdi.

Baş leytenant Rəşad da
Ölümü yerə sərdi.
Bax beləcə düşmənin
Ümidlərini qırdı.

Bir əsgər ölümünə
Neçə ürək göynədi.
Xəyyam şəhid olanda
Yer yerindən oynadı.

Bu döyüşdə Tovuza
Qonşusu dörd can verdi.
Onlar Ağstafanın
Ər oğlu, igid, mərdi.

Bir çavuş ölümüylə
Vüqarımıza döndü.
İndi üç balasına
Sahib Göycəli kəndi.

Gizir Yaşar səkkiz il,
Gözlədi bala yolu.
Övlad qucaqlamadan
Yanına düşdü qolu.

Övladı doğulmamış
Köçəsgərdən köç etdi.
Onun dəfnindən sonra
Yurdunda qızı bitdi.

İki MAXE əsgər də
Ağstafadan getdi.
Kol Xəlfəlidən Nazim
Vətən qoynunda yatdı.

Bir də nişanlı Elçin
Gülləyə nişan oldu.
Təkcə Həsənsu deyil
Ölkəm pərişan oldu.

Vətənimin taleyi
Tovuzuma yol aldı.
İki tovuzlu igid
Yurduna qurban oldu.

Biri baş əsgər Elşad,
Ağdamın fəxri oğlu.
Düşmən bu kənd önündə
İllərdir qolu bağlı.

Tovuzum xilas oldu,
Cəlillimizdə yasdı.
Daha bir İlqarını
Vətən bağrına basdı.

 

Bu yazıyı paylaş:

2 thoughts on “Tovuz Şəhidləri / Gülnar Səma

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.

Yazarın diğer yazıları