DergiZan

Yazı ve Sanat Ülkesi

Yadıma Düşüb Anam / Xalidə Abdullayeva

Talehin qarğışı tutubdu məni,
Qəriblik saçıma salıbdı dəni.
Gözüm hey yollarda axtarır səni,
Gəl,yetiş özün çat dadıma Ana.
Yamanca düşmüşən yadıma Ana

Dolubdur gözlərim ağrıyır başım,
Baharım olubdu şaxtalı qışım,
Yaman bəd gətirdi,ötdükcə yaşım,
İllər dağ çəkibdi,canıma Ana,
Yamanca düşmüşən yadıma Ana.

Nə qardaş,nə bacı könlümü alsın,
Xalidə de necə,səbr edib qalsın
Sənintək bir kimsə yoxdu ki çatsın,
Çəksin sığalını başıma Ana
Yamanca düşmüşən yadıma Ana.

15/12/2025

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir