Qerib Sakin / Xalide Abdullayeva

Qərib bir diyarın, qərib sakiniyəm mən,
Ömrüm olub bu yerdə, bu obada yarı tən.
İçdə nələr çəkmişəm, üzdə gülərüzəm şən,
Aldatmışam, özümü təqvimin illərində.!
Məyus- məyus baxmışam bəzən həsrət yollara,
Kimsə bilə bilməyib ömür qara gün qara,
Üz tutacaq yönüm yox, bilmədim gedim hara-
Sarsılmışam, hicranın həsrətin əllərində.!
Yaşım keçdi yarını, zaman zaman anba-an,
Ürəkdə tab etməyir, canda qalmayıbdı can,
Vətənimi çox sevdim, yurd yuvam Azərbaycan-
Qalmışam bu qəriban, diyarın çöllərində.!
Bu Yazarın Diğer Yazıları (Toplam: 8 adet)
Mən Qərib Diyarda Qəribsəyirəm / Xalidə Abdullayeva
14 Ocak 2025
Mən Qocalmaq istəmirəm a Dostlar / Xalidə Abdullayeva
13 Eylül 2024
Mən Bu Ömrü Elə Belə Yaşadim / Xalidə Abdullayeva
24 Temmuz 2024
Mən Qərib Diyarın Qərib Sakini / Xalide Abdullayeva
26 Eylül 2023
Gələn Gedərdə / Xalide Abdullayeva
30 Aralık 2021
Düet / Xalide Abdullayeva – Asef Baba Nusret
25 Nisan 2021
Şirin Xatirə / Xalidə Abdullayeva
20 Mart 2021
Kas ki Uşaq Olaydım / Xalide Abdullayeva
27 Şubat 2021