Düet / Xalide Abdullayeva – Asef Baba Nusret
Asef
Sən Leyli ol ey şux mənə divanə desinlər
Biz gercək olaq qoy bizə əfsanə desinlər
Xalide
Məcnunum ol eşq icrə bəsimdir, mənə qalsa
Leylamı deyərlər nə bilim ya nə desinlər
Asef
Yüzlərcə təbib olsa təbabətdə şəfa yox
Ey dil mərəzi-eşqimi cananə desinlər
Xalide
Mən eylərəm öz aşiqi-bicarəmə ilac
Biganələr öz dərdini logmanə desinlər
Asef
Döndür məni ətrafına ey şəm elə yandır
Pərvanələr hətta mənı pərvanə desinlər
Xalide
Bir bunca ki sən yanmısan eşq atəşi iıə
Pərvanədən özgə sənə guya nə desinlər
Asef
Zülfün ki tutub ruyini ey gənci-nihanım
Qoymurki bu şəhmar ona dürdanə desinlər
Xalide
Şəhmarilər ətrafımı məngirləmiş ikən
Gəncinəliyimdən nədi məna nə desinlər
Asef
Taki elə məst eylə məni cəşmi-ləbindən
Yoxdur belə bir mey belə meyxanə desinlər
Xalide
Biz badeyi-eşq ilə xumar olmuşuq Asəf
Sərxoş deməsinlər bizə məstanə desinlər
Asef
Allah qorusun Xalidə biganə şərindən
Onduzda qalıblar bu saat ta nə desinlər