DergiZan

Yazı ve Sanat Ülkesi

Gözlərin / Arzu Əyyarqızı

 

“Gözümün bəbəyi” deyirdin mənə,
Məni qucağından atdı gözlərin. 
Kimsəsiz “bəbəklər” arasındayam,
Məni yetimliyə satdı gözlərin. 

Hələ də çağayam, qayğıya möhtac,
Səssiz ağlayıram sənsiz naəlac,
Bir baxış qıymadı, etmədi əlac,
Məni ağlar qoyub yatdı gözlərin. 

Ümidim kor oldu gözlərin kimi,
Qırıldı qəlbimin ən incə simi,
Atdı “körpəsini”, bəs tutdu kimi?
Kim üçün günaha batdı gözlərin?!

       

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir