DergiZan

Yazı ve Sanat Ülkesi

Məndə – Mən / Arzu Əyyarqızı

Yazılmamış qanunların içində,
bir qanun var, gələn bir gün gedəcək.
Saxlamağa çalışsan da, ölsən də,
Getmek üçün bildiyini edəcək.

Gəlməklədir getməyin ilk addımı,
Gələn olmaz getməyə yol salmasa.
Tarazlığı pozular bu dünyanın,
Gələnlərin gedişləri olmasa.

Əslində heç gələn yoxdur, gedən var,
Hər kəs elə harasa da tələsir.
Yol üstündə hərdən yollar kəsişir,
Kimsə olur kiminsə də tələsi.

…Get, ay Arzu, yolçu yolda gərəkdir,
Mən də sənə bir yol idim, keçildim.
Səni elə böyütdüm ki, özümdə,
Böyütdükcə özüm səndə kiçildim.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir