Tenha Qadın / Aynur Agabalayeva
Boylanırsan aynalara,
Ovunursan baxışınla.
Sulandıqca göz yaşınla
Ürəyində sönmür odun,
Həsrət yükü daşıyırsan,
Tənha qadın.
Titrək, zərif əllərinlə
Sıgallayırsan telini.
Ürəyin yaman inciyib,
Yerə vurmursan belini.
Gizli-gizli aglayırsan
Kimsə görmür göz yaşını,
Sıxmır qoynuna başını
Ovxalayıb ovucunda,
Gözlərinin yagışını
Bükülürsən tənhalıga-
Tənha qadın
Alıb dəftər, qələmini
Cəkilirsən bir bucaga
Yarı qaranlıq otaga
Fikirlər ac quzgun kimi,
Alır başının üstünü.
Bəd xəyallar qovur səni,
Bir dərd göynədir sinəni
Gecikirsən analıga,-
Tənha qadın…
Düşünürsən səhər, axşam
Bətnində can daşımırsan.
Hələ ana deyil adın.
Özüncün də yaşamırsan
Bəs kimincün yaşayırsan
Tənha qadın?..