Zər / Arzu Əyyarqızı

Qurub dərdin taxçasını,
Dərd qoymuşam dərdin üstə.
Həyat oyun, oynayırıq,
Zər atmışam nərdin üstə.
Səbir şahdır, qələbə mat,
Zaman – ömrün axan qanı.
Hər saniyə qan itkisi,
Yaşamağın çıxır canı.
Ömür bitir, vaxt üşüyür,
Ölüm üçün oyun bitmir.
Ömrün üstə atılan zər,
Son anda da dada yetmir.
Bu Yazarın Diğer Yazıları (Toplam: 4 adet)
Məndə – Mən / Arzu Əyyarqızı
24 Aralık 2025
Niyə / Arzu Əyyarqızı
20 Ağustos 2025
Gözlərin / Arzu Əyyarqızı
20 Temmuz 2025
Şiirler / Arzu Əyyarqızı
19 Haziran 2025

