Temaşa Qıl / Oruc Dadaşi Elman

Gəl ey dilbər məni zarı, ölən yerdə təmaşa qıl
Başımdan açma əğyarı, gülən yerdə təmaşa qıl
Təmaşa qıl ki eşqindən, gələn dərdə dözür könlüm
Əlimdən alma, mümkündür gələn yerdə təmaşa qıl
Qəmin oxdur məni tuşlar, haçan çıxsa kəmanından
Otur gözlər kənarında, dələn yerdə təmaşa qıl
Qılıncın əyrisindən əyridir, səndə olan qaşlar
Gözümdən arzular bağrın, bölən yerdə təmaşa qıl
Ölüm, gözdən düşən andır, heç aşiqdə günah yoxdur
Kəsərsizdir düşüncəm, gəl, bilən yerdə təmaşa qıl
Yazım, alnımda solğundur, yağışsızdır yazım güya
Çiçək, rəngin bəharımdan silən yerdə təmaşa qıl
Yazır Elman dilək boyda, qəzəl içrə təmənnasın
Gəl ey dilbər məni zarı, ölən yerdə təmaşa qıl


Salam hörmətli canlar, təşəkkür edirəm Allah sizdən razı olsun, dəyər verdiyiniz üçün minnətdaram.
hörmətlə Oruc Dadaşi Elman