DergiZan

Yazı ve Sanat Ülkesi

Temaşa Qıl / Oruc Dadaşi Elman

Gəl ey dilbər məni zarı, ölən yerdə təmaşa qıl
Başımdan açma əğyarı, gülən yerdə təmaşa qıl

Təmaşa qıl ki eşqindən, gələn dərdə dözür könlüm
Əlimdən alma, mümkündür gələn yerdə təmaşa qıl

Qəmin oxdur məni tuşlar, haçan çıxsa kəmanından
Otur gözlər kənarında, dələn yerdə təmaşa qıl

Qılıncın əyrisindən  əyridir, səndə olan qaşlar
Gözümdən arzular bağrın, bölən yerdə təmaşa qıl

Ölüm, gözdən düşən andır, heç aşiqdə günah yoxdur
Kəsərsizdir düşüncəm, gəl, bilən yerdə təmaşa qıl

Yazım, alnımda solğundur, yağışsızdır yazım güya
Çiçək, rəngin bəharımdan silən yerdə təmaşa qıl

Yazır Elman dilək boyda, qəzəl içrə təmənnasın
Gəl ey dilbər məni zarı, ölən yerdə təmaşa qıl

“Temaşa Qıl / Oruc Dadaşi Elman” için 1 yorum var:

  1. Salam hörmətli canlar, təşəkkür edirəm Allah sizdən razı olsun, dəyər verdiyiniz üçün minnətdaram.
    hörmətlə Oruc Dadaşi Elman

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir