Eşqin NƏyi Var? / Oruc Dadaşi Elman

Acı məydən dolu peymanədə eşqin nəyi var
Qartorpaq becərən danədə eşqin nəyi var
Darayır dargününü, könlünü salsın hörüyə
Sürünür zülfə tərəf, şanədə eşqin nəyi var
Sənəmi səcdəyə layiq görünən küfrü yaşat
Axı iman sarı, bütxanədə eşqin nəyi var
Sökülür can sarayı, gənci nəhanın qoruya
Belə gizlənməyə, viranədə eşqin nəyi var
Dəli aşiqlərə, məşuqə üzün gizli tutur
Demə uyduemadı, əfsanədə eşqin nəyi var
Qoparır könlünü, əqlin, ürəyindən ayırır.
Daha sərxoş, dəli – divanədə eşqin nəyi var
Ona üç günlük ömür versədə, oddan qorumur
Yaradıb yanmağa, pərvanədə eşqin nəyi var
Tanışın, aşiq edir, həsrət olur möcüzəsi
Dəmə yoldaş, qəmə biganədə, eşqin nəyi var
Baxışın yoxsulu, dilbər qapısın sürmələnir
Bəzəyi ay kimi dürdanədə, eşqin nəyi var
Günəsin nur saçının məstidir Elman qələmi
Qəzəlin yazmasa, məstanədə eşqin nəyi var

