DergiZan

Yazı ve Sanat Ülkesi

Gözlədiyim Mikroavtobus (esse) / Şəfa Vəli

Yenə də yağış yağır… Göylər mənim səbrimimi sınayır? Ürəyimi çırpıb yolların səkilərinə, qaçıram, qaçıram həmin yerə… Burda dayanacağam, bax burda; bu böyük şəhərin ensiz  bir yolunun kənarında… Gələcək indi mikroavtobus… İnsanlar həyatın rəngləri içərisində bir az qəmli, bir az boz…  Onların nəsibi olmayıb axı, hardasa rəngarəng bir göy qurşağı… Yağışdan az sonra o görünəcək… Mənim gözlədiyim mikroavtobus gələcək…

Gələcək ki, gətirsin mənə gözəl gözləri… Axı çoxdan itirmişəm sahilli dənizləri… İndi axtarmıram nə sahil, nə qum;  indi axtardığım taleyimin məni hardasa unutduğu,  hakimi tənhalıq olan bir ada… Bir də… Bir də nə yaxşı ki, o gözlər var dünyada!

Sərt baxışlar… Dünəndən qalan “bağışla” kəlməsinin həyata ətasıdır… Kim bilir, bəlkə bu arzu da ömrümün xətasıdır?! Sabah baxıb danlayacağam özüm-özümü…

Amma…Amma, yenə çəkə bilmirəm yoldan gözümü.  Gələcək… Gələcək gözlədiyim mikroavtobus… O baxışlarda isə sehr, amma mənə hədiyyəsi yox….

Nolur, ay ürəyim, dayan! Dinmə! Sus!  Yalan ümidlərdən qırılmısan çox… Ya da yox! Ümid sonuncu ölür…  Bəlkə də hər gün yenidən doğulur, kim bilir?!

Nə isə…Ümiddən bezmişəm…Ümiddən…

Nə isə…Çırpın ay ürək, mikroavtobus gəlir…

 

 (2010)

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.