DergiZan

Yazı ve Sanat Ülkesi

Xeyri Yoxdur Gecələrin Heç Kimə / Vüsal Yurdoğlu

“Gecən xeyrə” deməyindən bəlliydi
Xeyri yoxdur gecələrin heç kimə…
“Bu gecənin yuxusuna inanma,
Bu gecədən oyat məni, gecikmə…”

-istəyirdim deyəm, ancaq demədim,
Süfrə dolu naz-nemətlə, yemədim.
Çörəyimdən bircə tikə kəsməmiş,
Yuxuladım oyaqlıqdan küsməmiş…

Gördüm, gedir böyük insan ordusu,
Gördüm, gedir savab, günah sorğusu…
Növbə mənə çatanacan gözlədim,
Öldüyümü zənn etmirdim, doğrusu…

Sonra məni dindirdilər, dinmədim,
“Niyə öldün? – soruşdular, bilmədim.
Həm savabım, həm günahım sən idin,
Həm toxluğum, həm tamahım sən idin,

Onlar məndən başqa bir şey tapmadı,
At verdilər, qapınıza çapmadım.
Evinizə pay-piyada gəlmişdim,
Səni öpüb “Xeyrə qarşı” demişdim.

Səhər oldu, xəbərimi verdilər,
Gecə yatıb, oyanmayıb bir nəfər…
“Gecən xeyrə” deməyindən bəlliydi
Xeyri yoxdur gecələrin heç kimə!

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.