DergiZan

Yazı ve Sanat Ülkesi

Sən Mənim Olsaydin / Almaz İlahe Ehmedova

Sən mənim olsaydın… Çiçəklər tək ətir saçardım, gecə gündüz aşıb daşardım. Dərməyin üçün budağda solardım. Amma sənin olardım…
Sən mənim olsaydın… Şaqrar bulaq olardım, sərinlik bəxş edərdim sənə. Axardım yer üzünə səninlə birgə.
Sən mənim olsaydın… İtirərdim kədəri, bitərdim dağ döşündə bənövşə tək lalə tək.
Sən mənim olsaydın… Həsrəti silərdim taleh yolundan, vüsalla gedərdim ömür sonuna.
Sən mənim olsaydın…
Nə qəm bilərdim, nə dəm bilərdim sevinclə uyuyub, xoşbəxt olardım.
Sən mənim olsaydın… Yaşamağın dadın bilərdim. Xoşbəxtlik adıyla mən sürünməzdim. Ona gendən baxıb köks ötürməzdim.
Sən mənim olsaydın…
Sən deyən kimi, “sən mənim ola bilərsən gülüm. Amma mən səninki ola bilmərəm.” Gözündə göz yaş ola bilərəm, amma səninlə ola bilmərəm.
Mən bir başqa bir dünya insanı. Sən bir başqa birisi.
Sən mənim olsaydın əgər dünyanın xoşbəxti olardım bəlkə. Amma dağılası bu dünya dağılmadı, nə də səni talehimə yazmadı???
Axı nə olardı???
Sevənlər qovuşsaydı.
Siz deyin, məhəbbət qalib gəlsəydi əgər, günah olardı???! Yox sadəcə bir cütlük xoşbəxt olardı!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.