Gazel / Asef Baba Nusret
Hər kim ki deyib dərdimi dildarə sağ olsun
İstər edə ya etməyə bir carə sağ olsun.
Hicrilə günüm ag deyil onsuzda o mahın
Vəslilədə eylərsə əyər qarə sağ olsun.
Yurdsuz yuvasız Qeysidim o Leyli yolunda
Get söylədi cöllərdə qal əvvarə sağ olsun
Bazari-məhəbbətdə olur böylə ticarət
Mən yarə könül verdim o əgyarə sağ oldun
Biganə nədir qanmasa aşiq nədi bilməz
Əgyar özü təlimr edəcək yarə sağ olsun
Cək nəzmə bu sevdanı qələm, söyləsin ellər
Aşiqlərə xoşbəxt və sənətkarə sağ olsun
Sən Vahidisən dövrümüzün ey Baba lakin
Bir kəs deməz əhsən bu qələmdarə sağ olsun