Bir Zamanlar / Gulsade İbrahimli

Bir qadın vardı deyəcəksən,
Xəyalı səmadan,
Əlləri yosundan,
Ürəyi günəşdən olan bir qadın.
Sevdi deyəcəksən,
Uşaq kimi sevdi,ana kimi sevdi,
Yar kimi sevdi,Yaradan kimi sevdi deyəcəksən.
Saçlarına dən oldum
Gözlərinə duman kimi endi yoxluğum.
Qorxaqlığımda üşütdüm cəsarətini,
Bir qadın vardı …
Gözlərimə baxa- baxa getdi
Evini yıxa- yıxa getdi
Çıxdı yoxa getdi deyəcəksən.
Yuva olmadım kimsəzliyinə
Derdinə sarılmadım
Sevdi,i yar olmadım deyəcəksən.
Bir başına, bir dizinə döyeceksən…
Bir qadın vardı ,kişi kimi sevdi,
Mən öz sevgimdə kişi olmadım deyəcəksən
Bu Yazarın Diğer Yazıları (Toplam: 12 adet)
Ayrılıq / Gülsadə İbrahimli
4 Ağustos 2024
Cənnət Qoxan Bayrağım / Gülsade İbrahimli
5 Şubat 2024
Ata/ Gülsade İbrahimli
10 Aralık 2023
Atasız Qalmaq / Gülsade İbrahimli
31 Ocak 2023
Özündən Böyük Yalanların / Gülsade İbrahimli
31 Ekim 2022
Darıxmaq / Gülsade İbrahimli
28 Ocak 2022
Ən Səssiz Mərmi / Gülsade İbrahimli
2 Haziran 2021
Qadını Olasan / Gulsade İbrahimli
8 Eylül 2020
Bir Qadın Var / Gülsade İbrahimli
17 Haziran 2020
Kim Ölüb Gedənlər Üçün? / Gulsade İbrahimli
14 Mayıs 2020
Bakim / Gulsade İbrahimli
21 Şubat 2020
Hedonist / Gulsade İbrahimli
21 Ocak 2020