DergiZan

Yazı ve Sanat Ülkesi

İnsanlığın Sınağı / Elnar Əbülfəzqizi Cəfərova

 Həyat öz axarında davam edirdi. Hər kəs öz işini qurmuş, pis-yaxşı gündəlik tələbatını ödəyə bilirdi, ancaq kimdən soruşsan narazılıq etməkçün bəhanələr tapırdı. İşləyən insan yorğunluğundan, işləməyən qazancının  olmadığından,  uşaqlar yorucu dərslərindən……

Biz əslində insanlıq olaraq bir şeyi unutmuşduq. Həyat gözəldir və biz verdiyimiz mücadələlərlə yaşayırıq. Həyatımızın gözəl və mənalı olması elə əziyyət çəkməyimiz, hər gün işdən evə yorğun qayıtmağımız, bir məqsədimiz, məramımızın olması idi. Ən əsası isə sağlamlığımız idi. Dünyada bundan gözəl nə var ki…..?

Mən də bir neçə gün idi,  öz vəziyyətimdən narazı halda deyinirdim. Körpə əkiz usaqlarım, ev işləri və işlədiyim xəstəxananın uzaqlığı-bunlar hamısı sanki, məni sıxırdı. Hələ 3 yaşları olmamış qızlarıma diqqət göstərmək imkansız hala gəlmişdi.Yaşlı anam yanımda olmasa bunların heç birinin öhdəsindən gələ bilməzdim.  Anam mənim bu narazılığımı nə vaxt hiss eləsə mənə:” Ən xoşbəxt günlərimizdi, bala”,-deyərdi. Mənə işimin, sağlamlığımın yerində olduğu üçün şükr etməli olduğumu dönə-dönə deyərdi.

Bir gün yenə işdən yorğun halda evə  döndüm. Ailəvi yeməyimizi yeyib televiziyaya baxırdıq. Xəbərləri mən də, yoldaşım da hər gün  izləyirdik. Çinin Vuhan əyalətində bir virusun aşkarlandığı haqda başlıq keçdi. Bu bizi bir az həyəcanlandırdı, ancaq sonra düşündük ki, bir-iki aya qədər söhbət yığışılar. Çünki yoluxucu xətəliklərin yayılması xəbərinə tez-tez rast gəlirik və sonra unuduruq. Ancaq vəziyyət  heç də gözlədiyimiz kimi olmadı. Günü-gündən virus yayıldı, ilk növbədə Çinin bütün əyalətlərinə sonra qonşu ölkələrə, sonra da bütün dünyaya yayıldı. Artıq hamı bu virus, Covid-19 virusundan xəbərdar oldu. Qonşu ölkələrimizdə həyəcan təbili çalındı. Artıq ən yaxın qonşumuz İran İslam Respublikası’nda korona virusuna yoluxanların və ölənlərin sayı-hesabı yox idi.

Birdən-birə bir termin bütün dünyanın ümumişlək sözünə çevrildi. Bir neçə gün sonra bu virus haqqında KİV-də daha çox xəbərlər eşitməyə başladıq. İnternetdə, televiziyada virusun təhlükəsindən dönə-dönə danışırdılar, bizsə buna çox da məhəl qoymurduq.

Dünyanı bürüyən bu virus bəlası sanki insan cəmiyyətlərini və fərdləri sınaqdan keçirir. İnsanlıq imtahan verir. Heç şübhəsiz, bu xəstəliyə qarşı mübarizəni ilk növbədə dövlət başçıları təşkil edir. Bu bəla onların öz vətəndaşlarına münasibətlərini də ortaya qoydu.

Prezidentimiz artıq qonşu dövlətlərdə virusun yayıldığını öyrənən kimi millətimizin, vətəndaşımızın qeydinə qalmağa, yeni sərəncamlar imzalamağa başladı. Artıq ölkəmizdə də yayılan bu virusun qarşısı çox çətin alınırdı. Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini pozanların sayı hesabı yox idi.

Mən tibb işçisiyəm, yoluxucu xəstəliklər bölməsində həkim işləyirəm. Məni də koronavirus tutmuş xəstələrin müalicəsi üçün ayrılmış xəstəxanaya təyin etdilər. Bu işin mənə həvalə edilməsi həm məni qürurlandırdı, həm də narahatçılığıma səbəb oldu. Qürurlandım ona görə ki, vətəndaşın çətin günündə bu məsuliyyətli, həm də çətin işi mənim həll edəcəyimi, mənim bacaracağımı düşünüb məni ora təyin ediblər, narahat olurdum ona görə ki, xəstələrlə ən yaxın təmasda olacağam və yoluxma ehtimalım çoxdur. Mənim evdə iki balaca körpəm var axı…

Mən ailəmlə, körpələrimlə sağollaşıb işə yola düşdüm. Arxayın gedirdim  anam körpələrimin nazı ilə məndən də çox oynayır. Bəlkə bir ay, bəlkə də çox görməsəm də onları mən istəyərək, bilərək gedirdim. Çünki mənə ehtiyacı olan insanlar var, onlara kömək etməliyəm

İlk iş günümdən çətin sınaqlar gözləyirdi məni. Xüsusi geyim, eynək, əlcəklərin içində xəstələri müalicə etmək çox çətin idi. Xoşbəxtlikdən Azərbaycanda gənclər tez sağalır, xəstəlikdən ölənlərin əksəriyyəti yaşlı nəsil idi. Çünki onların bədəni müqavimət göstərə bilmir, çox zəifləyiblər…

Bunu danışmaq asan, yaşamaq isə çox-çox çətin idi. Bir gün yaşı 80-ə çatmış yaşlı bir kişini müalicə etməyə başladım. O yaşlı çox pis vəziyyətdə xəstəxanaya gətirilmişdi, müalicələrə cavab vermirdi.Bir gün vəziyyətinin ən ağır vaxtında məni yanına çağırıb zorla seçilən bir səslə dedi: “Qızım, sağlamlığınızın qədrini bilin, Allah-Təalanın bizə verdiyi nəfəsi heç nə əvəz edə bilmir, sən demə indiyə qədər dünyanın ən xoşbəxti biz imişik, ancaq bunun fərqinə varmırdıq. Çünki…. çünki nəfəs alırdıq…. çünki nəfəs alırdıq…

O bunu deyib gözlərini əbədi yumdu. Yox o belə ölməməliydi axı, o, əziyyətlə ev tikmiş, ömrünün cavan  çağlarını işləməklə keçirmişdi ki, heç olmasa öləndə rahat ölərdi. Evində, övladlarının yanında..

Bu yaşadıqlarım məni dilxor edirdi. Hər dəfə ölüm olanda mən daha da iradəylə çalışmağa başlayırdım çünki sağalanların sayı yeni yoluxmalardan ve ölənlərin sayından dəfələrlə çox idi. Bu çox yaxşı hal idi.

Prezidentimiz İlham Əliyevin  Pandemiya adlandırılan bu virusdan əhalinin qorunması üçün atdığı addımlar, yeritdiyi siyasət virusun Azərbaycanda yayılmasını minimuma endirdi. Azərbaycanda Pandemiyanın qarşısının alınması üçün tədbirlər planı hazırlandı. Məqsəd bu dövrü  Dövlət olaraq ən az itgi ilə yola vermək idi.

Prezidentimiz Azərbaycan xalqının problemlərinə həssas yanaşdı, qabaqlayıcı  tədbirlərlə, düşünülmüş addımlarla vəziyyəti nəzarət altında saxladı.

Dövlət başçısı Koronavirusla mübarizə fondu yaratdı. Tibb işçilərinə, sosial işlərdə, dezinfeksiya işlərində çalışanlara dəstək olub maaşlarını artırdı. Onlar da bizim üçün canlarını təhlükəyə atıb, səylə çalışdılar. Prezidentimizin bir  sözü hamımızın dilində əzbərə çevrildi. ”Biz birlikdə güclüyük”.

Düzdür, birlik olmasa idi, bəlkə də, bəzi virusdan əziyyət çəkmiş Avropa dövlətləri kimi daha çox itgi verəcək, iqtisadiyyatımız çökmək üzrə olacaqdı. Bizim dövlətdə  qazanc yeri bağlanmış ailələrə maddi yardım göstərildi, imkansız və  yaşlı insanlara maddi və mənəvi  dəstək göstərildi.

Yaşlılar və ziyalılar  Prezidentimizə təşəkkür məktubları ünvanladı. Dünya dövlətləri prezidentimizi aldığı qərarlara görə alqışladı. İnsanlar bu gün artıq bilirlər ki, sosial məsafəni qorumaq, təmizliyə riayət etmək nə qədər önəmlidir. Ola bilər bir neçə ay toy-büsat qurulmaz, ola bilər rayonlara gediş-gəliş olmaz, doğmaları üçün darıaxanlar olar. Olsun.. Bunlar hamısı keçəcək. Təki biz itgini minimuma endirək, təki sağ-salamatçılıq olsun.

Əsində bu virus insanlığa çox şey öyrətdi. Təmizliyin nə qədər önəmli olduğunu,  sağlamlığın ən gözəl nemət olduğunu, Dövlətimizin ən çətin günlərimizdə arxamızda olduğunu,  bizə dəstək olduğunu öyrətdi. Bu virus əslində insanlığın nə qədər  cılız olduğunu, elmin belə bəzən yetərsiz olduğunu öyrətdi.

Bu virus yox olub gedəcək, ya da peyvəndi tapılacaq. Ancaq bu virus yaddaşlarda silinməz izlər qoyacaq. Necə ki, biz bu güb də Vəba və Taunu unutmamışıq.

Covid-19 virusu insanlığın imtahanı oldu. Bir neçə il  dünya iqtisadiyyatında zəifləmə hökm edəcək, insanların əvvəlki vəziyyətə qayıtması hələ çox vaxt alacaq.

Mən həkiməm və and içmişəm ki, insanlara kömək edəcəm. Bununla fəxr edirəm. Çətin günün ömrü az olar.Bir söz fikrimdə  hey dolanır.

BU DA KEÇƏR, İNSANOĞLU, BU DA KEÇƏR……

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları