DergiZan

Yazı ve Sanat Ülkesi

Məmməd Araz’a Məktub / Əbülfəz Muxtaroğlu

Gözün aydın Məmməd Araz!
“Qoca Vulkan” oyanıbdı.
Arxasında türk lideri,
Mərd Ərdoğan dayanıbdı.

Baş komandan – Heydəroğlu
Qarabağa cızıb yolu.
Bayrağımız sağı-solu,
Yollar nura boyanıbdı.

Çürük ipdən yumaq olmaz,
Əsil kökə yamaq olmaz,
İlhamla oynamaq olmaz,
Bu dünya indi qanıbdı.

Açılmayan sirr olmuşuq,
Bir müqəddəs pir olmuşuq.
Yumruq kimi bir olmuşuq!
Dığa bizi nə sanıbdı?!

Üzüm gülür gördükcə mən,
Gülür Vətən, açır çəmən.
Dünən qan-qan deyən düşmən,
Boynun büküb, sozalıbdı.

Şehlənibdir xarıbülbül,
Vəcdə gəlib sarı bülbül.
Səslə gəlsin sarı bülbül,
Şuşam yenə ballanıbdı.

Qocalığı, korluğu yıx,
Muxtaroğlu, səfərə çıx.
Qarabağı köksünə sıx!
Deməsinlər qocalıbdı.

Naxçıvan. 20.X.2020

Filologiya üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.