DergiZan

Yazı ve Sanat Ülkesi

Bu şəhər / Fergana Yusufqızı

Bu şəhər
bəlkə ən gözəl
şəhər olardı
içində sən olsaydın..
Səninlə daha mavi olardı dəniz
ay daha parlaq‚ ulduzlar daha yaxın.
Və..
günəş axşamları gözlərimdə batmazdı.
hava şarı daha yüksəklərə uçardı.
Kaleiçində pul qazanan kamançı
musiqini bu qədər ağrılı çalmazdı..
Bu şəhər
bəlkə ən aşiq şəhər olardı
içində sən olsaydın..
Hər gecə qar yağmazdı Mazı dağına
hər sabah həsrətindən əriməzdi.
Hər mövsüm sənə üşüməzdim…
İzini aramazdım
Antalya kavşaklarında.
Bu şəhərdə milyonca
turist olsa da,
sənsiz‚
it ulayır elə bil
kimsəsiz sokaklarda..
Bu şəhər bu gecə
Yenə süddən kəsiləcək.
Ac qalmayım deyə mənə
Sənsizliyi içirəcək…

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 17 eseri bulunmaktadır.