DergiZan

Yazı ve Sanat Ülkesi

Viran Şəhərlərin Uşaqlarıyıq / Gulnara İsrafil

Qopub dam örtüyü yiyəsi hanı?
Yiyəsiz qalmışıq qəbilələrdə.
Mən din havasında qalxmışam göyə,
Sən də ziyarətdə, mədinələrdə.

Nə vaxt özümüzə gələcəyik biz,
O uçuq daxmamız yuvalaşacaq?
Bizi ayrı salan məzhəb davası
Bizimlə ömürlük vidalaşacaq?

İndi biz deyilik mənlə sən ayrı,
Hərəmiz bir yolun qurşaqlarıyıq.
Anamız atamız dağılan ölkə,
Viran şəhərlərin uşaqlarıyıq.

Gülnarə İsrafi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir