Olmur / Bənzər Yusufî

Pozulub ahəngi ritmi həyatın,
Çaldığı havaya oynamaq olmur.
Qaçıb şirinliyi kəmdi həyatın,
Qarışıb “İnsana” qaynamaq olmur.

Qocada cavanda bir təhər olub,
Kiçilib dəyərlər “cır” təhər olub.
Dillərdə, üzlərdə zəhrimar olub,
Kim dürüst kim yalan anlamaq olmur.

Zəmanə uşağı sənə kəm baxır,
Süzülür gözləri keyfli dəm baxır.
Atını tərsinə oynadır çapır,
Atası “böyükdür” danlamaq olmur .

Elə ədaləti başdan pozmusan,
Dünyanın xəmirin turş yoğurmusan.
Bir evdə gör neçə kor doğurmusan,
Tanrı yazdığınla barışmaq olmur.

Yasında, toyunda dadı bir olub,
Ağlamaq günahdır adı kir olub.
Doğması kim olub yadı kim olub,
Hamı “canım” deyir tanımaq olmur.

Haraya baxıram uca daş divar ,
Dünyanın gözləri ağlayır yaş var.
Hər tində bucaqda neçə əyyaş var,
Başqa dünyamız yox qaçmaq da olmur.

Ölüm bahalaşıb yaşamaq ucuz,
Görünmür xeyirə balam sonumuz.
Bənzər həqqə tərəf düşüb yolumuz,
Güvənmə bəndəyə sığınmaq olmur.

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

1 thought on “Olmur / Bənzər Yusufî

    Tayyib Atmaca

    (3 Şubat 2017 - 22:52)

    Tebrik ederim heceyi güzel kullanıyorsunuz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir