Paylaşar / Gülnar Səma

Şeir indi poçtalyonun yuxusu,
Yozun görək, yozumdan nə çıxası
Həqiqətə söykənibdir arxası
Yozumunu bilməsə də, paylaşar.

Yuxu görər- məktubları gül açmış
Ya intihar bir məktuba yol açmış.
Məktub var ki, oxunmadan dil açmış
Çözümünü bilməsə də, paylaşar.

İndi şeir poçtalyonun yuxusu
Yozan bilməz var mı bunun qorxusu,
Bəlkə, ürək dayandırar oxusu
Dözümünü bilməsə də paylaşar.

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

2 thoughts on “Paylaşar / Gülnar Səma

    Semiramis

    (25 Ocak 2018 - 23:41)

    Yazmak ne güzel..tebrikler..

    Gülnar Səma

    (31 Ocak 2018 - 11:53)

    Dərginin bütün kollektivinə təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir