DergiZan

Yazı ve Sanat Ülkesi

Ən Səssiz Mərmi / Gülsade İbrahimli

edam var,
sənə aid ne varsa hökm oxunub.
ən ağır ittiham tərk edilənə,
ən təmiz ölüm gedənədi.
rəsimlər..xatirələr…başa çıxa bilmədiyim get-gəllər
səbəbsiz ağlamalar
axmaqca davranışlar sərgisində qalib sonlar.
ayrılıq bu olsa gərək.

gedişin beynimə sıxılmış ən səssiz mərmi.
bimədiyim bir yer ağrıyır bədənimdə.
son güldüyümüz selfi öldürdüyün qadının cinayət faktı.
3 cü dünya savaşı… bədənim İsrail
ruhum Afrika
beynim Amerika -barmaq silkələyir
gözlərim sahili bölünmüş Xəzər.
aqressiv ruhhalım
şeytana qamçı vuran ədəbsiz tavrlar
səndən sonra pisəm,
pis olacam.

üfüqümdə temasız bir qaranlıq.
içmək istəyirəm sabahadək
bütün gedişlər sayğısız.
öpüşlərimi qaytar,
əl izlərim “atılmışdı” saçlarında.
üstümə silah çəkir aldanışım,
sən gözlərində intiharı sevdiyim adam,
oyna ən son kozunu, uduzmuşdum ən başdan
sərsəm bir sevdanın sərxoşuydum.
öz seçimimdi sənə yenilmək
səni istəmək.
utandır məni son kəs
bu sevgidən.mənim heçimə dönən,
kül qabımda sönən ən son siqaretimsən.
sabah açılır bir azdan.həyasız bir günəş sırtılır pəncərəmdə
və mən gerində qalan tək qurban

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 12 eseri bulunmaktadır.