DergiZan

Yazı ve Sanat Ülkesi

Bir Musiqi / Arzu Göytürk

Yenə də bu dörd divar, yenə təkəm otaqda,
Yenə ruhum üşüyür sənsiz soyuq, sazaqda,
Özün getmək istədin, getdin..məndən uzaqda ,
Yaxşısanmı birdənəm?..

A gülüşü dərmanım, de kimə dərman oldun,
Kimin ruhuna hopub, damarına qan oldun?
Mən sənə qurban oldum,sən kimə qurban oldun?
Yaxşısanmı birdənəm?..

Sən özgə qoynundasan, xəyalın otağımda,
Əzab yaşa çevrilib ,rəqs edir yanağımda,
Bir musiqi səslənir hər gecə dodağımda,
Yaxşısanmı birdənəm?

 

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları