DergiZan

Yazı ve Sanat Ülkesi

Əllərim Torpağın Altında Dinir / Təranə Arifqızı

Elə susamışam, elə acmışam,
Bilmirəm, nə yeyim, nə içim, Allah!
Gördüyüm yuxular çin olur daha,
Gərək yuxulardan mən keçim,Allah.

Yozmağa misranın gücü yetməyir,
Ucunur içimdə acı şirinlər.
Mən hansı qapını döyüm, bilmədim,
Ruha salam verir ölü dirilər.

Bu həyat donumu özüm biçmişəm,
Bir üzüm təbəssüm, bir üzüm qəmdi.
Susub, içimdəki pıçiltılara
Mən ki ağlamıram, göz niyə nəmdi?

Elə qarışıb ki, yolu Tanrının,
Bulağı hardadı, ocağı harda?
Əllərim torpağın altında dinir:
Ayaq itirdiyim bucağım burda.

Qaldır göy əsanı, vur, təzədən vur,
Soruş, əshabələr yola çıxırmı?
Bir ovuc ehsana möhtac qulların
Əlimin ucunda göyə baxırmı?

Yox, sirmayı dillərdə gəzən nəğməni
Qaldır minarəyə, azan yerinə.
Gülərək vəsiyyət edən oğulu
Qoy xalqın yolunu yazan yerinə.

Elə susamışam, elə acmışam,
Minarəboylular qazan asırlar.
Torpaq qan, mən isə torpaq yeyirəm,
Onlar danışırlar, Onlar susurlar…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.