Türkün Qızı / Aytən Qurbanova

Tarix boyu ana oldun, yar oldun.
Qanlı döyüş meydanında igid oldun, ər oldun.
Qoca dünya qadınları qul edəndə,
Türk oğlunun ocağında xatun oldun, gər oldun.
Türkün qızı, vətən haray çəkəndə,
Qılınca sarılıb sən Tomris oldun.
Şəhid qanı axan ulu torpaqda,
Artıq minillərdir sən varis oldun.
Türkün qızı, Altuntacsan, Umaysan.
Meydanlarda at oynadan Burla xatun, Nigarsan.
Çaqqallara baş əyməyən Şükriyyə, Qaratelsən.
Turan sönməz günəşdirsə, sən günəşə tən aysan.
Türkün qızı, sən bu sən deyildin,
Öz evində xanım-xatun, döyüşlərdə oğulsan.
Gültigin xaqan demişkən,
“Ey türk, özünə dönəndə daha böyük olursan”

