DergiZan

Yazı ve Sanat Ülkesi

Özündən Böyük Yalanların / Gülsade İbrahimli

Rəsmini gördüm
Gülürdün mənsizlik yaraşmışdı sənə
Necə də tez unutmusan hər şeyi
Necə də tez şəkil dəyişib şəkillərin
Yalanların boylanırdı boyundan
Özündən böyük yalanların
Özündən yaraşıqlı yalanların
Gülürdün
Səni mən qədər tanımırdı yanındakı
O mən qədər bilmirdi səni
Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki
Vəfalı ər
Fədakar ata
Nə qəşəng yaraşmışdın şəkilə
Səndən sonra çox şey dəyişdi oysa
Ürəyimə basdırdım özümü
Sən gülürdün
Mən matəmini tutarkən sənsizliyimin
Belimi yerə vuranda yoxluğun
Xəyanətin
Sən boyundan böyük bir səadətlə gülürdün
Tutmuşdun yerini tuta bilmədiyin əllərim son kəs üzülərkən səndən
Sən özünü tamamlayırdın saxta gələcəyinlə
Mənsizlik yaraşmışdı sənə
Yalanların qədər
Alçaxlığın qədər
Sən gülürdün ancaq qızının gözlərindən baxırdı menim nakam taleyim

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 12 eseri bulunmaktadır.