DergiZan

Yazı ve Sanat Ülkesi

10 Sentyabr – İntiharla Mübarizə Günüdür / Cavanşir Feyziyev

“10 sentyabr – bütün dünyada intihara qarşı mübarizə günü” ilə əlaqədar İstanbul Üsküdar Universiyetinin “İnsan hüquqları və sosial psixologiya” üzrə mütəxəssisləri müxtəlif yaş, təhsil və peşə qruplarına mənsub olan insanlar arasında sorğu keçirmişdir. Mövzuya yanaşmasında maraqlı mövqe sərgiləyən Azərbaycanlı alim, millət vəkili Cavanşir Feyziyevin fikirləri Türkiyə mətbuatında geniş işıqlandırılıb:

“Bu günlərdə bir Koreya film şirkətinin çəkdiyi “Squed game” adlı filmlə qarşılaşdım. Sadəcə bir neçə dəqiqəsini izlədiyim filmin pessimist ab-havasını, qaramsar ruhunu günlərlə fikrimdən çıxara bilmədim. Mənəvi dəyərləri itən dünyada insanlar sanki intihar etmək işində bir-biriylə yarışa giriblər. Öncə düşündüm ki, bəlkə insanlığı buna sürükləyən səbəb maddi həyatla bağlı yaşadıqları sıxıntılardır. Amma müşahidələrim və statistikaya nəzərən gəldiyim qənaət bu oldu ki, intihar oranına görə ilk başda dayanan Skandinaviya ölkələridir ki, həmin ölkələr əhalisinin maddi rifah səviyyəsinə görə ön sıralardadır. Demək ki, insanlığı intihara aparan şey gün-güzəran məsələsi deyil. Sanki yaradılışın məramını, həyatın anlamını, yaşamın fəlsəfəsini başa düşməyən kəslərin fonunda intiharlar kütləvi hal alır.

Əslində, yaşam o zaman anlam qazanır ki, həyatın bütün çətinliklərinə, sınaqlarına əzmkarlıqla sinə gərib mücadilə edəsən.

Yunus Əmrə demişkən, “Varlığa yerinmədən, yoxluğa darınmadan…” həyatı yaşamağı bacarmaq lazımdır. Əslində, İnsanoğlu yaradılışının məramını anlayanda, sahib olduğu dəyərlərə görə şükür məqamına yüksələndə ilahi firavanlıq qazanır.

Tanrının insana bəxş etdiyi bütün hissi və hərəki orqanlar, görmə üzvlərindən tutmuş dad bilmə duyğusuna qədər bütün yaradılışımız ilahi mükafatdır. Bu düşüncələrin əhatəsində bədii ədəbiyyatımızda bəzi simvollaşmış obrazları misal çəkmək istərəm: Kor Ərəb, Kor Bektaş… Qəribə burasıdır ki, bu obrazlar gözləri görməsə də, həyatı görə bilənlərdən daha gözəl idrak edirlər. Çünki gözü olmaq və baxa bilmək hələ görməyi bacarmaq demək deyildir. Necə ki, başın varlığı idrak etmək anlamına gəlmir. Görməyi və gördüyünü dərk etməyi başarmaq da ilahinin bir fitrətidir ki, sadəcə gözlə olmur…

Tarixə nəzər salsaq, oğlu Yusifin həsrətiylə gözünün işığını itirsə də ümidini heç zaman itirməyən Yaqub peyğəmbərin nurani obrazı ilə qarşılaşırıq… “Dədə Qorqud”da Beyrəyin yolunu gözləyən kor atasını, “Koroğlu”nun gözləri kor edilən atası Alı kişini, “İliada” və “Odisseya” kimi əsərləri ilə yunan ədəbiyyatını taclandıran kor Homeri, “Korlar” əsərini yazan Moris Meterlinki, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında qardaşı Şər tərəfindən gözləri kor edilən Xeyiri, Hüseyn Cavidin “Azər” poemasında Kor Neyzəni, “Uzun incə bir yoldayım”deyən Aşıq Veysəli xatırlayırsınızmı?!

Bu insanların heç biri görmürdü. Əslində, həyat onlar üçün daha dözülməz olmalı idi. Fəqət o “korlar”ın hamısını həyata bağlayan işıqlı bir ümid – zəngin mənəviyyata sahib olmaqları, sonunun gözəl olacağına inanaraq yaşadıqları bütün fiziki əzabları şərbət kimi içmələri idi… Yaşama dair bu əzmkarlığı və ümidi insanda yaradan hər kəsin öz daxili dünyasında formalaşdırdığı mənəviyyatdır.

Bu gün dörd bir yanımızı saran bu intiharların bir səbəbi də insanlığın kitabdan, ədəbiyyatdan, geniş mənada məvəvi aləmdən qopuşu və virtual mühitin təsirinə qapanmalarıdır.

Ölüm haqdır, ölüm insanın mütləq Həqiqətə – Tanrıya qovuşuq anıdır. Amma bu, insanın iradəsi ilə deyil, Tanrının bərqərar etdiyi zamanla olanda daha məqbuldur”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

ÇEVİRİSİ:

10 Eylül Dünya İntiharı Önleme Günü.

“10 Eylül Dünya İntiharı Önleme Günü” kapsamında, İstanbul Üsküdar Üniversitesi İnsan Hakları ve Sosyal Psikoloji Bölümü uzmanları, farklı yaş, eğitim ve meslek gruplarından katılımcılar arasında bir anket gerçekleştirdi. Konuya ilginç bir yaklaşım getiren Azerbaycanlı bilim insanı ve milletvekili Cavanşir Feyziyev’in görüşleri Türk basınında geniş yer buldu:

“Geçen gün Koreli bir film şirketi tarafından yapılmış “Squed Game” adlı bir filme denk geldim. Filmin sadece birkaç dakikasını izledim ve filmin karamsar havasını ve kasvetli ruhunu günlerce aklımdan çıkaramadım. Ahlaki değerlerin kaybolduğu bir dünyada, insanlar intihar konusunda birbirleriyle yarışıyor gibi görünüyor. İlk başta, insanlığı buna iten sebebin maddi hayatta yaşadıkları zorluklar olabileceğini düşündüm. Ancak gözlemlerime ve istatistiklerime dayanarak, İskandinav ülkelerinin intihar oranlarında ilk sırada yer aldığı ve bu ülkelerin nüfuslarının maddi refahı açısından da ön sıralarda yer aldığı sonucuna vardım. Dolayısıyla, insanlığı intihara iten şey günlük yaşamla ilgili değil. Sanki yaratılışın amacını, yaşamın anlamını ve felsefeyi anlamayan insanların yarattığı bir ortamda intiharlar kitleselleşiyor.” hayatın.

Aslında hayat, hayatın tüm zorlukları ve imtihanlarıyla yüzleşildiğinde anlam kazanır; kararlılıkla mücadele etmek gerekir.

Yunus Emre’nin dediği gibi, “Varlıktan tiksinmeden, yokluktan sıkılmadan…” hayatı yaşayabilmek gerekir. Nitekim insan, yaratılış amacını anladığında ve sahip olduğu değerlere şükretme noktasına geldiğinde ilahi bir refaha kavuşur.

Tanrı’nın insana verdiği tüm duyu ve hareket organları, görme organlarından tat alma duyusuna kadar, tüm yaratılışımız ilahi bir ödüldür. Bu düşünceler kapsamında, kurgumuzdaki bazı sembolik imgeleri örnek olarak vermek istiyorum: Kör Arap, Kör Bektaş… İşin garibi, bu imgeler görmeseler bile, hayatı görebilenlerden daha iyi anlıyorlar. Çünkü göz sahibi olmak ve görebilmek, görebilmek anlamına gelmez. Tıpkı kafa sahibi olmanın anlayabilmek anlamına gelmemesi gibi. Görüp gördüğünü anlayabilmek de yalnızca gözlerle elde edilemeyecek ilahi bir niteliktir…

Eğer Tarihe bakın, oğlu Yusuf’a duyduğu özlemden gözlerinin ışığını kaybetmiş olsa da umudunu hiç kaybetmemiştir. Zaman kaybetmeyen Yakup Peygamber’in aydınlık imgesiyle karşılaşırız… “Dade Korkut”ta yolunu bekleyen Beyrek’in kör babası, “Köroğlu”nda kör babası Ali, “İlyada” ve “Odysseia” gibi eserleriyle Yunan edebiyatını taçlandıran kör Homeros, “Körler”i yazan Maurice Maeterlinck, Nizami Gencevi’nin “Yedi Güzeller” şiirindeki kör Neyza, Hüseyin Cavid’in “Azer” şiirindeki kör Neyza, “Uzun ince bir yoldayım” diyen Aşık Veysal’ı hatırlıyor musunuz?!

Bu insanların hiçbiri göremiyordu. Aslında hayat onlar için daha çekilmez olmalıydı. Ancak tüm bu “kör” insanları hayata bağlayan parlak umut, zengin bir maneviyata sahip olmaları ve yaşadıkları tüm fiziksel acıları şerbet gibi içip sonun geleceğine inanmalarıydı. güzel olurdu… İnsanın iç dünyasında oluşturduğu maneviyat, insanda bu kararlılığı ve yaşam umudunu yaratır.

Bugün, dört “Çevremizi saran bu intiharların nedenlerinden biri, insanlığın kitaplardan, edebiyattan ve daha geniş anlamda meyve dünyasından kopması ve sanal ortamın etkisine kapalı olmasıdır.

Ölüm bir hakikattir, ölüm insanın mutlak Hakikat’le -Tanrı’yla- buluştuğu andır. Ancak bunun insan iradesiyle değil, Tanrı’nın belirlediği zamanla gerçekleşmesi daha kabul edilebilirdir,” diye sözlerini tamamladı Cavanşir Feyziyev.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir