DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Sevil Gül Nur

Elə Gözəl Sevirsən ki

Qəlb evimin divarına aramla,
Elə gözəl yazmısan ki, adını.
Sən bacardın bu daşürək adamla,
Alqış sənə, ürəyimin qadını!

Baxışların nur çiləyir ömrümə,
Hər şölədə min-min arzu doğulur.
Elə gözəl dolursan ki, könlümə
Üzə bilmir kədər orda , boğulur.

Sözlərinlə sən çəkdikcə qayğımı,
Həsrətlərin canını dərd lap alır.
Elə gözəl alırsan ki, ağlımı,
Ağıllılar mənə həsəd aparır.

Şirin-şirin necə aldın qadamı,
Ağrım susdu, sanki o da dil bilir.
Elə gözəl sevirsən ki, adamı,
Adam ölür, ölür, yenə dirilir.

Qarşısında ayrılıqlar baş əyir,
Bu olmalı eşqin uca məqamı.
Sevən sənsən, mənim ruhum titrəyir,
Necə gözəl sevirsən bu adamı.

Çıxa

Ömrə varan ağrılar,
Qəlbi yoran ağrılar,
Ruhu saran ağrılar
Canından hərdən çıxa…

Nə gözünə nəm gələ,
Nə könlünə qəm gələ,
Ürəyə bir dəm gələ
Dərddən-kədərdən çıxa…

Sevinc elə nur saça
Gülümsəyə künc-bucaq.
“Xoşbəxtlik” adlı qaçaq
Bir anda yerdən çıxa…

Uzandıqca təkliyin
Sıxar səni çəkdiyin…
Yoluna göz dikdiyin
Yoluna birdən çıxa…

Ya da bir tufan qopa,
Təb sənə doğru çapa.
Hissin də məqam tapa
Heyfin şeirdən çıxa…

Sevil Gül Nur

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.

Yazarın diğer yazıları