DergiZan

Yazı ve Sanat Ülkesi

Paylaşar / Gülnar Səma

Şeir indi poçtalyonun yuxusu,
Yozun görək, yozumdan nə çıxası
Həqiqətə söykənibdir arxası
Yozumunu bilməsə də, paylaşar.

Yuxu görər- məktubları gül açmış
Ya intihar bir məktuba yol açmış.
Məktub var ki, oxunmadan dil açmış
Çözümünü bilməsə də, paylaşar.

İndi şeir poçtalyonun yuxusu
Yozan bilməz var mı bunun qorxusu,
Bəlkə, ürək dayandırar oxusu
Dözümünü bilməsə də paylaşar.

Bu yazıyı paylaş:

Paylaşar / Gülnar Səma” eseri için 2 yorum:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir