DergiZan

Yazı ve Sanat Ülkesi

Unutdun / Leyla Metin

Gözümün kökündə saralıb qaldın,
Məni sən özümün özündən aldın,
Mənə nə söylədin, nə layla çaldın?
Yuxulu qalmışam sən gedəni yar.

Sabahlar adınla açılır hələ,
Yanımda olmadın məhəbbətinlə,
Bir ümid bəslədim bəlkə yar gələ
Sevgin tərk etmədi bu bədəni yar.

Bir-bir dediyinə sən dönük çıxdın,
Gözüm sənə baxdı, sən yada baxdın,
Könüldən sevəni könüldən yıxdın
Unutdun sözünü, hər vədəni yar.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 21 eseri bulunmaktadır.