DergiZan

Yazı ve Sanat Ülkesi

Yenə Sənə Sarı / Ulkər Nicatlı

Səbrim bir ümidə söykənib indi,
Özümü özümdə gəzir ürəyim,
Uzat əllərini, uzat, İlahi,
Qəfil taleyimi əzir ürəyim.

Sənə əl açmağa yoruldum, Allah,
Yığ ayaq altımdan qəmli yolları.
Sənin dərgahına sərim, qurusun,
Mənimtək gözləri nəmli yolları.

Çırpıb qanadını uçdu arzular,
Tənhalıq dumanı bəxtimə endi.
Acı ayrılığı geyib əyninə,
Varaqda can verir misralar indi.

Sənin dərgahına uçan duamın,
Cavabı ömrümə dönmür ki, dönmür.
Mənim otağımda yanan həsrətin,
Nə vaxtdı, işığı sönmür ki, sönmür…

Qısılıb sinəmə yetim duyğular
Gecənin üzünə söykənib üzüm.
Yenə sənə sarı uçur ürəyim,
Bu da son məktubdu, bu da son sözüm.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 10 eseri bulunmaktadır.