Rahat Uyu / Habil Yaşar

Qarabağ müharibəsinin şəhid generalı Polad Həşimovun ruhuna…
Bu dünyada Polad adlı bir general, Polad adlı igid vardı.
Tək duruşu, baxışıyla düşmənlərin ürəyinə od vurardı.
Tanrı ona polad bilək, polad ürək bəxş elədi,
Şükür olsun Tanrı bizə Polad kimi oğulları bəxş elədi.
Generalım əsgərlərlə bir cərgədə vuruşardı,
O, səngərə gələn zaman dağlar dağa qovuşardı.
Poladımın gözlərindən yurd həsrəti oxunardı,
“Vətən” sözü eşidəndə ürəyinə toxunardı.
Poladımın hörmətindən, qeyrətindən el danışır,
Dağ-dərələr Polad deyir, ətirindən gül danışır.
Hər bir zaman güc alardı o, millətin nəfəsindən,
Dörd ay ayırdı onu haqqın qələbəsindən.
Habil kimi hər kəsin ürəyi sizinlədir,
Rahat uyu şəhidim! Qarabağ bizimlədir!
Bu Yazarın Diğer Yazıları (Toplam: 6 adet)
Baş hərfi “-” / Habil Yaşar
15 Mart 2026
Nyu-Yorkda Lənət / Habil Yaşar
19 Ağustos 2025
Sesler / Habil Yaşar
27 Nisan 2025
Ümidsizlik Nəğməsi / Habil Yaşar
15 Eylül 2024
Roman Yazmaq Dəhşətin Ötəsində Bir Şey… / Habil Yaşar
11 Ağustos 2024
SMS / Habil Yaşar
29 Haziran 2024

