DergiZan

Yazı ve Sanat Ülkesi

Özü ilə Danışmayan Tanrıçalar / Zerin Hüseyn

Sənə həmişə maraqlı olub, Tanrı var, ya yoxdur? Ölüm niyə baş verir? – Bu sualların cavablarını heç vaxt dəqiq bilməyəcəyini, təbii ki, az-çox dərk etmisən. Amma yenə də başqaları ilə müzakirələrinin bir parçası etmisən, öz mövcud cavablarını irəli sürmüsən, bəzən inanmısan, bəzən inanmamısan. Lakin heç vaxt da dərinə enməmisən. Kainatın özəyi olan və yetərincə çox insanın düzgün qənaətə gələ bilmədiyi bu mövzuya yanlış yerlərdə yanlış üsullarla cavab axtarmaq sənə nə qatacaqdı? – Heç nə!

Qatacağı bir şey var, bəli. Yenə o aciz, mükəmməl eqon pıçıldayır: Mən xoşbəxt oluram axı! Mənim üçün haqqında dəqiq bilmədiyim şeylərdən danışmaq xoşdur, tətmin oluram, böyüyürəm. Kənardan fikir bildirmək, sanki təkcə mənim fikirlərim və ifadə etdiyim cümlələrlə çox şeyin aydınlığa varacağına acizcə inanmaq mənim əsas rolumdur. Elə Eqo olaraq ən böyük səhvim də odur – odur ki, həmişə başqaları ilə, həm də bəzən başqaları haqqında danışıram. Heç vaxt özümlə danışmamışam. Mənim işim ancaq kənar mövzulardır, səthi yanaşmalardır. Məni tanı! Ancaq rica edəcəyəm ki, məni çox da yanlış tanıma. Yaxşı tərəflərim də var eqo olaraq, sadəcə göstərmək istəmirəm.

İndi isə Tanrını axtaraq…

İndi isə “eqo” olaraq yox, bu dəfə yarı sən, yarı sənə kənardan baxan, amma bu dəfə daha səmimi baxan biri kimi danışacağam:

“Kiçik yaşlarından “Tanrı haradadır?” sualı haqqında düşünmüsən. Ona inandığın vaxtlar da səmimi idin, inanmadığın vaxtlar da. Bu sualın cavabını axtardın, əminəm ki, bu arayış macərasının sonu haqqında heç düşünməmişdin. Düşünməmişdin ki, sualın cavabını dəqiqləşdirəndən sonra nə olacaq? O zaman nə etməli olacaqsan, hətta necə düşünməli olacaqsan? Demək ki, bu sualın cavabı sənə o qədər də maraqlı deyilmiş. Maraqlı olsaydı, sonrası ilə də mütləq maraqlanardın. Müəmmalı şeylər insana xoş gəlir, Tanrı mövzusu da bu müəmmalardan biri idi sənin üçün. Tanrını sadəcə sual olaraq təqib etdin bir müddət.. Sevgi, səmimiyyət, aydınlıq, həyat və ya buna bənzər məfhumların adı altında təqib etmədin. Qorxdun, amma təəssüf ki, heç qorxu adı altında da bu sualın özünü araşdırmadın.

Yaxşı, razılaşıram, Tanrı bəzən kitablarda, bəzən ürəklərdə idi, bəzən xeyirxahlıqda, bəzən ədalətdə. Tanrı çox yerdə idi, sən axtardığın yerlər isə bunların heç biri deyildi. Tanrının hər yerdə olması fikri səni qıcıqlandırırdı, hətta öz içində belə. Ona görə daxilinlə danışmaq sənə həmişə bir insan kimi çətin gəlib. Uzaqdakı, göylərdəki, bəzən hətta kitablardakı Tanrını qınamaq, bəzən onu sevmək, bəzən ondan qorxmaq asandır axı. Amma özünlə üzləşmək, yəni içindəki Tanrıya qorxmadan toxunmaq, onu tanımaq o qədər çətin və əzablıdır ki! Bacarmadığın üçün heç bir zaman səni qınaya bilmərəm. Lakin bacarmaq istəmədiyin üçün qınayacağam! Əgər “Tanrı yoxdur”, “Tanrı var!” kimi cümlələrə inandınsa, bir dəfə də “Tanrı, əslində, öz içinizdədir” cümləsinə inanmağı seçsə idin, hər şey daha fərqli olacaqdı.

Tanrı var, sən onu qəbullana bilmirsən:

Tanrı sənin sevmədiyin insanları xoşbəxt edə bilir – çünki O, sevinci yaradan və sevindirəndir.

Tanrı sənin ədalətli olmayan sevdiklərini isə müxtəlif həyat hadisələri ilə cəzalandıra bilir – çünki O, ədalətlidir.

Tanrı bəzilərindən bərəkətini əsirgəmir – çünki onlar buna layiqdirlər. Çünki Tanrı yaxşı bilir, kimi nə ilə mükafatlandırmaq olar.

Bunun kimi bir çox misal çəkə bilərəm və bu misallar sənin insan kimi ədalətinlə tərs düşə bilər deyə Tanrıya sevgin varsa da, nifrətə çevrilə bilər. İnsanlar özlərinə tərs düşənləri elə ilk növbətə nifrətlə mükafatlandırır. Tərsi düzlə müqayisə etmədən, haqlılıq payını dəyərləndirmədən, elə deyilmi? Yolun çox uzundur hələ… Bu yazı səni qıcıq etdiyi qədər yolun var öyrənməli. Sözlərimdən də incimə, səninlə danışan eqodur, həm də sənin öz eqon!

İndi gəl, mənim olduğum bədəndə yaşayan bir insana aid olan və Tanrını daha çox anlamağına kömək edən bir hadisədən danışım. Bir gün yenə bu məşhur müzakirələrdən biri gedir insan və onun inancı barədə. Mənim sahibim də deyir ki, mən Tanrıya həmişə inanmışam, indidən sonra da inanacağam. Onun bu cümlələrinə rəy bildirən digər yoldaş da deyir ki, mən də inanıram. Amma inanmadığım vaxtlar da olub. Bir müddət inanmamışam, sonra inanmışam, yenə uzun müddət inanmayıb sonra yenə inanmağı seçmişəm və s. Sahibim soruşur:

  • Bəs inanmadığın vaxtlar hansı dövrə təsadüf edir və səbəbi nə idi?
  • Yeniyetmə yaşlarımda inanmamağa başladım, o zamanlar həyatım da bir qədər çətin idi və buna görə Tanrını günahlandırırdım. Düşünürdüm, o, yoxdur ki, bunlar baş verir. İnanclı yaşamım ilə inamımın olmadığı yaşamlarda çox şeylər fərqli idi. Çox şey dəyişmişdi. Amma tək bir şey var idi ki, Tanrıya inanan məndə də, inanmayan məndə də o heç dəyişmədi.
  • Nə idi dəyişməyən?
  • Mən Tanrıya inanmadığım vaxtlarda da ətrafımda yaxşı və ya pis heç kəsin pisliyini arzulamırdım, öz həyatım, özümdə baş verənlər mənə maraqlı idi. Sonra fərqinə vardım ki, Tanrıya inanmağı seçdiyim vaxtlarda da bu yanaşmam dəyişməyib, eyni insan olaraq qalmışam. Yəni Tanrı qorxusu məni dəyişməyib, əksinə öz niyyətimin saflığı eyni olaraq qalıb.

Eşitdiyi bu cavab sahibimə o qədər dərindən təsir etmişdi ki…

Tanrıya ən uzaq olan insanlar özləri ilə heç tanış olmayan və heç danışmayan insanlardır. İndi anlayırsan məni? Tam anlamasan da olar, ancaq inanıram ki, azca anlasan belə çox dəyişim yaşaya bilərsən.

Tanrı ən yuxarıda olduğu qədər də, ən dərində – yəni daxilindədir. Yaşam dəyərlərində, gələcək məqsədlərində, insanlara baxışında gizlənib Tanrının izləri (Sənin Tanrının)…

Üzündəki səmimiyyətsiz gülüşlər, başqa eqoları alçaltmaq duyğun, ancaq və ancaq öz sevdiklərinə işləyən ədalətin (ədalətsizliyin) və s. – bax bunları Tanrını yox edir. Yoxsa O, var! Onu isə ancaq öz Tanrısını tanıyanlar, sevənlər, dəyişdirənlər dərindən duya bilərlər. İçindəki Tanrını tanımadan öldürməyə haqqın yoxdur!

Boş vaxtın olan kimi özünlə danış. Bu danışıqlar bəzən səni qorxudacaq, zaman gələcək öz daxilindən (öz tanrından) ürkəcəksən, onu bədənində daşımaqdan utanacaqsan. Bax, bu üzləşmələrə görə də dəyişmək istəyəcəksən. Çünki Tanrı sənin gözündə, sənin beynində – sənin dünyanda təmiz və müqəddəsdir.

Göylərdəki Tanrının əli sənin qəlbinə uzana bilsin deyə, niyyətlərini gerçəkləşdirə bilsin deyə, həyat daha da asan olsun deyə qəlbini daha da kirlətmə. Daxilindəki Tanrını diri tutmaq üçün razıyam, eqonu da öldür, yəni Məni! Çünki mən yenidən və yenidən daxilində boy atacağam. Tanrı isə tərk etdiyi ruhlara göylərdə uzaqdan baxaraq daha yaxşı ruhları qorumağı seçib.

Ümidvaram, məni anladın. “

Bəlkə elə Cavid Əfəndinin sözlərində həqiqət payı çox idi: Mənim Tanrım Gözəllikdir, Sevgidir!

Türkçe çeviri:

Sana hep ilginç gelmiştir, Tanrı var mı, yok mu? Ölüm neden gerçekleşir? – Bu soruların cevaplarını hiçbir zaman kesin olarak bilemeyeceğini az çok kavramıştın. Ama yine de başkalarıyla tartışmalarının bir parçası haline getirmiş, kendi mevcut cevaplarını öne sürmüş, bazen inanmış, bazen inanmamıştın. Fakat hiçbir zaman derine inmemiştin. Evrenin özü olan ve birçok insanın doğru sonuca varamadığı bu konuya yanlış yerlerde, yanlış yöntemlerle cevap aramak sana ne katacaktı? – Hiçbir şey! Katacağı bir şey var, evet. Yine o aciz ama mükemmel egon fısıldıyor: “Ben mutlu oluyorum ki! Benim için hakkında kesin bilmediğim şeylerden konuşmak hoş, tatmin oluyorum, büyüyorum. Dışarıdan fikir belirtmek, sanki yalnızca benim fikirlerim ve cümlelerimle pek çok şeyin açıklığa kavuşacağına acizce inanmak, benim esas rolüm.” İşte ego olarak en büyük hatam da bu – hep başkalarıyla, bazen de başkaları hakkında konuşmam. Hiçbir zaman kendimle konuşmadım. Benim işim yalnızca dışsal konular, yüzeysel yaklaşımlar. Beni tanı! Ama rica edeceğim, beni çok da yanlış tanıma. İyi yanlarım da var ego olarak, sadece göstermek istemiyorum.

Şimdi ise Tanrı’yı arayalım…

Şimdi “ego” olarak değil, bu kez yarı sen, yarı da sana dışarıdan bakan ama bu defa daha samimi bakan biri gibi konuşacağım:

“Çocuk yaşlarından beri ‘Tanrı nerede?’ sorusu üzerine düşünmüşsün. Ona inandığın zamanlarda da samimiydin, inanmadığın zamanlarda da. Bu sorunun cevabını aradın, eminim ki bu arayış serüveninin sonunu hiç düşünmemiştin. Düşünmemiştin ki cevabı netleştirdiğinde ne olacak? O zaman ne yapacaksın, hatta nasıl düşüneceksin? Demek ki bu sorunun cevabı aslında sana o kadar da ilginç gelmiyordu. Eğer öyle olsaydı, sonrası da mutlaka ilgini çekerdi. Gizemli şeyler insana hoş gelir, Tanrı konusu da senin için o gizemlerden biriydi. Tanrı’yı sadece bir soru olarak takip ettin bir süre… Sevgi, samimiyet, aydınlık, hayat ya da benzeri kavramların adı altında takip etmedin. Korktun, ama ne yazık ki korku adı altında da bu sorunun kendisini araştırmadın.

Peki, kabul ediyorum: Tanrı bazen kitaplarda, bazen kalplerdeydi; bazen iyilikte, bazen adaletteydi. Tanrı her yerdeydi ama senin aradığın yerler bunların hiçbiri değildi. Tanrı’nın her yerde olması fikri seni rahatsız ediyordu, hatta kendi içinde bile. Bu yüzden iç dünyanla konuşmak sana hep bir insan olarak zor geldi. Uzaklardaki, göklerdeki, bazen kitaplarda bile olan Tanrı’yı suçlamak, bazen sevmek, bazen ondan korkmak kolaydır elbette. Ama kendinle yüzleşmek, yani içindeki Tanrı’ya korkmadan dokunmak, onu tanımak öyle zor ve acı vericidir ki! Bunu başaramadığın için seni asla suçlamam. Ama başarmak istemediğin için suçlayacağım! Eğer “Tanrı yoktur”, “Tanrı vardır!” gibi cümlelere inandıysan, bir kere de “Tanrı aslında içinizdedir” cümlesine inanmayı seçseydin, her şey çok daha farklı olacaktı.

Tanrı var, sen sadece onu kabul edemiyorsun:

Tanrı senin sevmediğin insanları mutlu edebiliyor – çünkü O, sevinci yaratan ve sevindirendir.
Tanrı senin adaletsiz sevdiğini ise çeşitli hayat olaylarıyla cezalandırabiliyor – çünkü O, adildir.
Tanrı bazılarından bereketini esirgemiyor – çünkü onlar buna layıktır. Çünkü Tanrı çok iyi bilir, kimi neyle ödüllendireceğini.

Bunun gibi pek çok örnek verebilirim. Ve bu örnekler, senin insan olarak adalet anlayışınla ters düşebileceği için, Tanrı’ya olan sevgin varsa da nefrete dönüşebilir. İnsanlar kendilerine ters düşenleri önce nefretle karşılar. Tersi, doğrusu ile kıyaslamadan, haklılık payını değerlendirmeden, öyle değil mi? Yolun daha çok uzun… Bu yazı seni ne kadar rahatsız ediyorsa, o kadar öğrenecek yolun var. Sözlerimden incinme, seninle konuşan egondur, hem de senin kendi egon!

Şimdi gel, benim yaşadığım bedende yaşayan bir insana ait olan ve Tanrı’yı daha çok anlamana yardımcı olacak bir olaydan bahsedeyim. Bir gün yine bu meşhur tartışmalardan biri sürüyordu, insan ve onun inancı üzerine. Benim sahibim dedi ki:

 “Ben Tanrı’ya her zaman inandım, bundan sonra da inanacağım.” Onun bu sözlerine yorum yapan bir diğer arkadaşı da dedi ki: “Ben de inanıyorum. Ama inanmadığım zamanlar da oldu. Bir süre inanmadım, sonra inandım, yine uzun bir süre inanmadım, sonra yeniden inanmayı seçtim ve böyle devam etti.”

Sahibim sordu:

– Peki, inanmadığın zamanlar hangi döneme denk geliyor ve sebebi neydi?
– Ergenlik yıllarımda inanmamaya başladım. O dönemler hayatım biraz zordu ve bu yüzden Tanrı’yı suçluyordum. Düşünüyordum ki, o yok ki bunlar oluyor. İnançlı yaşamımla inançsız yaşamım arasında birçok şey farklıydı. Çok şey değişmişti. Ama tek bir şey vardı ki, Tanrı’ya inanan bendeki ile inanmayan bendeki – o, hiç değişmedi.
Neydi değişmeyen?

– Ben Tanrı’ya inanmadığım zamanlarda da çevremdeki iyi ya da kötü kimsenin kötülüğünü istemiyordum. Kendi hayatım, kendi başıma gelenler ilgimi çekiyordu. Sonra fark ettim ki, Tanrı’ya inanmayı seçtiğim zamanlarda da bu yaklaşımım değişmemiş, aynı insan olarak kalmışım. Yani Tanrı korkusu beni değiştirmemiş, aksine niyetimin saflığı aynı kalmıştı.

Duyduğu bu cevap sahibimi öylesine derinden etkilemişti ki…

Tanrı’ya en uzak olan insanlar, kendileriyle hiç tanışmamış ve hiç konuşmamış insanlardır. Şimdi anlıyor musun beni? Tam anlamasan da olur, ama inanıyorum ki azıcık anlasan bile çok değişim yaşayabilirsin.

Tanrı en yukarıda olduğu kadar, en derinde – yani içinde de vardır. Yaşam değerlerinde, gelecek amaçlarında, insanlara bakışında gizlenmiştir Tanrı’nın izleri (senin Tanrı’nın)…
Yüzündeki samimiyetsiz gülüşler, başka egoları küçümseme isteğin, yalnızca kendi sevdiklerine işleyen adaletin (adaletsizliğin) ve daha niceleri – işte bunlar Tanrı’yı yok eder. Yoksa O, vardır! Onu ise ancak kendi Tanrı’sını tanıyanlar, sevenler, değiştirenler derinden hissedebilir. Unutma, içindeki Tanrı’yı tanımadan onu öldürmeye hakkın yok!

Boş zamanın olduğunda kendinle konuş. Bu konuşmalar bazen seni korkutacak, zaman gelecek kendi içinden (kendi Tanrı’ndan) ürkecek, onu bedeninde taşımaktan utanacaksın. İşte bu yüzleşmeler sayesinde değişmek isteyeceksin. Çünkü Tanrı senin gözünde, senin beyninde – senin dünyanda temiz ve kutsaldır.


Gökteki Tanrı’nın eli senin kalbine uzanabilsin diye, niyetlerini gerçekleştirebilsin diye, hayat daha da kolay olsun diye kalbini kirletme. İçindeki Tanrı’yı diri tutmak için razıyım, egonu da öldür, yani beni! Çünkü ben yeniden ve yeniden içinde yeşereceğim. Tanrı ise terk ettiği ruhlara göklerden uzaktan bakarak daha iyi ruhları korumayı seçmiştir. Umarım beni anladın.”

Belki de Cavid Efendi’nin sözlerinde büyük bir gerçeklik payı vardı: “Benim Tanrım Güzelliktir, Sevgidir!” (Hüseyn Cavid)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir