Ocaq 1-2 / Lale İsmayil

1

Tüstü burulmayır damda,
Qurdalamır bir adam da,
Rüzgar oynayır odamda,
Gözünden soyunub ocaq.

Qazan üstə, içində su,
Yoxdur qaynamaq qorxusu,
Tutub qərəmt yuxusu,
Nə yaman uyudub ocaq!

Kif bağlayıb nəm duvara,
Yel yetmir tozun sovura,
Yolçusu qalıb avara,
Gözümü boyayıb ocaq.

Laləyəm, gələnə sordum,
Nə harladır ana yurdum?!
Aldım cavab, mat oturdum,
Köksümə od qoyub ocaq.

 

2

 

Talanmış obamda yatan ocağın,
Acısı dəm alıb, aşımdan çıxır.
Həsrət ürəyimdə çatan ocağın,
Tüstüsü burulub, başımdan çıxır.

Daha tərgitmədi vərdişin iblis,
Sıxıb kəmiyimə süd dişin iblis,
Əlində tutduğu yetmişin iblis,
Qisasın onsəkkiz yaşımdan çıxır.

Dağı köksüm altda, dinən yolların,
Yorulub yolcusu, dönən yolların,
Yağışı gözümdən əmən yolların,
Gəlib qəm karvanı, qaşımdan çıxır.

Azad görmek üçün, baxıb sabahı,
Nəfsi kül eyləyib, yıxıb tamahı,
Qapalı tabuta yığıb günahı,
Basıram torpağa, daşımdan çıxır.

Yazıb “ah”a mehman, çekdirib nalə,
Yaşadıb müsibət, həm əhli-halə,
Fələk, fürsət gəzib, demə ki, Lalə,
Bahar istəməyib, qışımdan çıxır.

05 05 2015

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir